Nəzarət şöbəsinin rəhbəri
 
JOB TITLE: Nəzarət şöbəsinin rəhbəri
EMPLOYER: Bank BTB ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-03-05 LAST UPDATED: N/A DEADLINE: 2019-04-04

             

Bank “BTB” ASC Nəzarət şöbəsinin rəhbəri vəzifəsinə işə qəbul elan edir.

Nəzarət şöbəsinin rəhbəri

İş barədə məlumat:

- Şöbəyə daxil olan bütün sənədlərin vaxtında icra olunmasını təmin edir.
- Müştərilərlə aparılan bütün növ kassa-hesablaşma əməliyyatlarının düzgün aparılmasına nəzarəti həyata keçirir, onları yoxlayır və avtorizasiya edir.
- Müştərilərə göstərilən bank xidmətləri üzrə komissiyaların mövcud tarif dərəcələrinə uyğun tutulmasına nəzarət edir.
- Köçürmə əməliyyatları üzrə məlumatları yoxlayır və avtorizasiya edir.
- Müştərilərin kredit dosyelərinin aparılması, sənədlərin bankdaxili qaydalara uyğun toplanması və hazırlanmasını təşkil edir.
- Kreditlə bağlı  sığorta  müqavilələrinin  müddətinə  nəzarət  edir və bu barədə bankdaxili qaydalara müvafiq olaraq, Kredit şöbəsinin müvafiq əməkdaşını məlumatlandırır.
- Çirkli pulların yuyulmasına və FATCA üzrə nəzarəti həyata keçirir və hesabatları  hazırlayır.
- Müştəri hesabları üzrə aparılan  bütün  əməliyyatların qanunvericiliyə və Bankın daxili qaydalarına uyğun aparılmasına nəzarət üçün tam məsuliyyət daşıyır.
- Bankdaxili qaydaların tələblərinə uyğun olaraq, filialın Nəzarət şöbəsi  rəhbərinə aid digər vəzifələri həyata keçirir.
 
Namizədə tələblər:

 Ali iqtisadi təhsil,
 bank sektorunda ən azı 3 il iş təcrübəsi,
 dəqiqlik,
 nəzarətetmə bacarığı,
 qərarlar qəbul etmək bacarığı,
 liderlik bacarıqları;
 MS office proqramında işləmək bacarığı,

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində 29 Mart 2019-cu il tarixinədək cv@btb.az   elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Nəzarət şöbəsinin rəhbəri göstərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP