Sayt administratoru
 
JOB TITLE: Sayt administratoru
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-03-05 LAST UPDATED: N/A DEADLINE: 2019-04-04

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Sayt administratoru

Vəzifə öhdəlikləri:

• Saytın funksionallığının və istifadəçi yönümlülüyünün artırılması üzrə layihələrin hazırlanması;
• Onlayn mağazanın merçendayzinqini həyata keçirmək;
• Onlayn satış şöbəsi ilə sıx əməkdaşlıq etmək;
• Məhsullar üzrə saytın görünüşünə cavabdehlik daşımaq;
• Onlayn mağazalar üçün reklam aksiyaları ilə bağlı idealar düşünmək;
• Saytın inkişafı ilə bağlı idealar düşünmək və təqdim etmək;
• Digər icraçılarla və tərəfdaş şirkətlərlə əlaqələrin qurulması;
• Yaradılmış strategiyanın tətbiqinin kurasiyası.

Tələblər:

• Google Analytics proqramını yaxşı səviyyədə bilməli;
• E-commerce sahəsində işi dərindən anlamalı;
• Digital prosesləri dərindən bilməli;
• Saytın admin paneli ilə işləməyi bacarmalı;
• Təşəbbüskarlıq, məsuliyyətlilik, komandada işləmək bacarığı olmalı;
• Analitik və faktlara əsaslanan düşüncə tərzi;
• Nəticəyönümlü olmlıdır;
• Yaxşı səviyyədə rus və ingilis dili bilikləri arzuolunandır.

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Əmək haqqı: Razılaşma yolu ilə

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Sayt administratoru” qeyd edərək CV formasını hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP