Laboratoriya üzrə kimya mühəndisi
 
JOB TITLE: Laboratoriya üzrə kimya mühəndisi
EMPLOYER: Technoil LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-03-05 LAST UPDATED: N/A DEADLINE: 2019-04-04

Şirkət: TECHNOİL MMC

Vəzifə: Laboratoriya üzrə kimya mühəndisi

Ünvan: Sumqayıt şəh, Sülh küç, 76-cı məh.

Vəzifə təlimatı:

- İSO standartlarına əsasən xammal, yarımfabrikat,hazır məhsulların mövcud standart və texniki şərtlərə müvafiqliyini təyin etmək üçün laboratoriya analizləri, təcrübə və digər növ tədqiqatlar etmək.
- Analizlərin nəticələrinə əsasən keyfiyyətsiz məhsul aşkar edildikdə, müəyyən olunmuş qaydada zay məhsul barədə akt tərtib edərək və qərar qəbul edilməsi üçün rəhbərliyə göstərmək;
- Məhsulun müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun təsdiqi üçün aparılan  testlərdən sonra, məhsulun istehsal,dolumu üçün təsdiq və ya rədd qərarını vermək; Test metodlarının və nəticələrinin qeyri-müəyyənliyinin hesablanıb tapılmasını həyata keçirmək;
- Laborator avadanlıqların sazlığına nəzarət etmək,onların vaxt aşırı olaraq tənzimlənməsini təmin etmək;
- Analizlərin, sınaqların və ölçmə nəticələrinin uçotunun aparılmasını təşkil etmək.
- Laboratoriyaya daxil olan müvafiq məhsulların testlərdən keçirilməsini təmin etmək.
- Yeni reseptlərin hazırlanması üçün araşdırmalar aparmaq, analizlər keçirilməsini təşkil etmək.
- ISO 17025 Keyfiyyət idarəetmə sisteminin tələbləri çərçivəsində laboratoriya işinin təşkil edilməsi
- Məhsullar ücün Laboratoriya sənədləri, texniki ve təhlükəsizlik passportlarının hazırlanması
- İstehsal olunacaq məhsulların reseptlərini rəhbərə təsdiqlətdirib istehsalata vermək

Tələblər:

 Ali təhsilli
 Azərbaycan, rus və ingilis dillərində yaxşı səviyyədə bilməlidir.
 Kompyuter biliyi: Microsoft Office proqramlarını bilməli, 1C proqramını bilməsi mütləqdir
 İş təcrübəsi əlaqəli sahədə minimum 3 il
 Fərdi keyfiyyətlər: məsuliyyət, diqqətlilik, kollektivlə işləmə bacarığı, yeni biliklərin öyrənilməsinə çalışan, stressə davamlı

Şərtlər:

 İş qrafiki: Həftənin 5 günü, saat 09.00-18.00
 İşə qəbul AR ƏM əsasında
 Qidalanma, mobil rabitə.
 Əmək haqqı 500-800 AZN

Müsahibə bütün daxil olan və seçilən CV –lər əsasında aparılacaq.
CV - lər  15 Mart  2019-cu il tarixinədək qəbul olunur.

Xahiş edirik, mövzu hissəsində “Laboratoriya üzrə kimya mühəndisi” yazaraq, öz CV-lərinizi Azərbaycan  dilində olmaqla (foto ilə) və gözlənilən əmək haqqını qeyd etməklə hr@technol.az e-poçt ünvanına göndərəsiniz.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP