Satış üzrə direktor
 
JOB TITLE: Satış üzrə direktor
EMPLOYER: Intend LTD DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-03-06 LAST UPDATED: N/A DEADLINE: 2019-04-05

Satış üzrə direktor

İş saatları: 09.00-18.00

- Ali təhsil
- Rus və ingilis dili biliyi arzuolunandır
- 3-5 il müvafiq vəzifədə iş təcrübəsi
- İşgüzar danışıqlar aparma qabiliyyəti
- Planlaşdırma, analiz və idarəetmə bacarığı
- Satışınların artırılması sistemləri qurmaq bacarığı
- Təşəbbüskarlıq, liderlik, yaradıcı təfəkkür

İş barədə məlumat:

• Marketinq strategiyalarını həyata keçirməklə; təmayülləri və nəticələri təhlil etməklə bir ölçü vahidi və ümumi mənfəət üzrə illik planları təyin edir.
• Regionlar və ərazilər üzrə illik satış kvotalarını proqnozlaşdırmaqla və işləyib hazırlamaqla; mövcud və yeni məhsullar üzrə gözlənilən satış həcmini və mənfəəti proqnozlaşdırmaqla satış məqsədlərini təyin edir.
• Sahədə satış fəaliyyəti planlarını işləyib hazırlamaqla ölkə üzrə satış proqramlarını həyata keçirir.
• Ərz və tələb, dəyişən təmayüllər, iqtisadi göstəricilər və rəqiblər haqqında ən yeni məlumatı əldə etməklə satış həcmini, məhsul çeşidini və satış qiymətini eyni səviyyədə saxlayır
• Xərcləri, rəqabət şəraitini və ərz və tələbi nəzarətdə saxlamaqla satış qiymətlərini təyin edir və dəyişdirir
• İşçilərin vaxt cədvəllərini və iş bölgülərini təyin etməklə; iş nəticələrini izləməklə və yarımçıq işləri tamamlamaqla ölkə üzrə satış fəaliyyəti tələbatlarını ödəyir
• İşçiləri işə götürməklə, seçməklə, təlimatlandırmaqla və təlimləndirməklə ölkə üzrə satış heyətini təşkil edir.
• İşçilərə məsləhət verməklə və onları intizama dəvət etməklə; iş nəticələrini planlaşdırmaqla, nəzarətdə saxlamaqla və qiymətləndirməklə ölkə üzrə satış heyətinin iş nəticələrinə nail olmasını təmin edir
• Təcrübi təhsil seminarlarında iştirak etməklə; peşə nəşrlərini nəzərdən keçirməklə; şəxsi tanışlıq şəbəkələri yaratmaqla; peşə cəmiyyətlərində iştirak etməklə peşə biliklərinə və texniki biliklərə yiyələnir.
• Lazım olduqda, müvafiq nəticələrə nail olmaqla heyətin fəaliyyətinə öz töhfəsini verir.

CV-lərini "Satış üzrə direktor" qeydi ilə  cv@intend.az  mail ünvanına göndərməyiniz xahiş olunur.

Yalnız yuxarıda qeyd olunan tələblərə uyğun  CV-lərə baxılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP