İnsan Resursları Departamentinin direktoru
 
JOB TITLE: İnsan Resursları Departamentinin direktoru
EMPLOYER: Mətanət A DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-03-07 LAST UPDATED: N/A DEADLINE: 2019-04-06

“Mətanət A” şirkəti İnsan Resursları Departamentinin direktoru vakansiyasını elan edir

Vəzifə öhdəlikləri:

 Əmək Məcəlləsinə uyğun olaraq insan resurslarının idarə edilməsi siyasətinin həyata keçirilməsi;
 Qayda və daxili prosedurların hazırlanması və təkmilləşdirilməsində iştirak;
 Daxili prosedur və proseslərə əsaslanaraq işçi axtarma, seçmə və yerləşdirmənin təmin edilməsi ;
 Ehtiyat kadr bazasının yaradılması;
 Təsdiq olunmuş daxili qaydaların icra edilməsinə nəzarətin həyata keçirilməsi;
 Əməkdaşların attestasiyadan keçirilməsinin təşkil edilməsi;
 İşə qəbul olunan yeni əməkdaşların istiqamətləndirilməsi, adaptasiya olunmaları üçün dəstəyin göstərilməsi;
 Yüksək potensialı olan işçilərin aşkar edilməsi və onların stimullaşdırılması ilə bağlı rəhbərliyə təqdimatların verilməsi;
 Əməkdaşların ixtisasartırma kurslarına göndərilməsi;
 Kadrlar üzrə müfəttişlərin işinin təşkili və ona rəhbərliyin edilməsi;
 Şirkətin KSM siyasətinə dəstəyin verilməsi, plana əsasən müxtəlif layihələrin həyata keçirilməsi.

Tələblər:

 Ali təhsil (Sosial elmlər, Psixologiya və ya Menecment sahəsində olması arzuolunandır)
  İş təcrübəsi: İnsan resurslarının idarə edilməsi sahəsində minimum 5 il  təcrübəsinin olması
 Yaş həddi: 30-45
 Dil bilikləri: (Azərbaycan, ingilis, rus - əla səviyyədə)
 Kompüter biliyi: Microsoft office, Internet Explorer və Outlook

Şəxsi keyfiyyətlər

 Liderlik xüsusiyyətləri;
 Analitik düşüncə;
 Ünsiyyət yaratmaq bacarığı;
 İşə planlı yanaşma .

İş şəraiti:

 İş saatı: 09-00-dan 18-00-dək;
 İstirahət: Şənbə və bazar günü.

Əmək haqqı:

 Razılaşma yolu ilə

Tələblərə uyğun gələnlər və Azərbaycanın ən aparıcı şirkətlərindən biri olan “Mətanət A” – da perspektivli karyera qurmaq istəyənlər CV-lərini hr@matanata.com ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP