Laboratoriya mütəxəssisi
 
JOB TITLE: Laboratoriya mütəxəssisi
EMPLOYER: A+Co MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-03-11 LAST UPDATED: N/A DEADLINE: 2019-04-10

Şirkət:  A+CO MMC (Xırdalan)

Vəzifə: Laboratoriya mütəxəssisi

İş qrafiki: 5 günlük
Əmək haqqı: 400-600 AZN

Vəzifə tələbləri:

1. Göstərilən vəzifə üzrə ən azı 1 il iş təcrübəsi
2. İstehsal məhsullarının tərkibini bilməli (energetik içki sahəsində)

Vəzifə Öhdəlikləri

2.1. Xammalın, yarımfabrikatların  və  hazır məmulatların  keyfiyyətinə, onların standartlara və keyfiyyət sertifikatlarına uyğunluğuna nəzarətin təmin edilməsi;
2.2. Texnoloji prosesin düzgün aparılmasına, resepturlara riayət olunmasına, hazır məhsulun və yarımfabrikatların keyfiyyətinə nəzarət edilməsi;
2.3. Dequstasiyaların aparılmasını təşkil edir, yeni resepturların işlənib hazırlanmasında iştirak edir;
2.4. Sınaq avadanlıqlarının və ölçmə vasitələrinin vəziyyətinə, vaxtında yoxlanmasına və attestasiyadan keçirilməsinə, onların xidmət və təmirinə nəzarəti təmin etmək;                                                   
3. Sınaqlarının nəticələrinin düzgünlüyünü , obyektivliyini və tələb olunan dəqiqliyini təmin etmək;
2.5. Xammalların, köməkçi materiallarının və istehsal olunan məhsulların sınağını  normativ sənədlərdə göstərilən üsul və qaydalara uyğun şəkildə yerinə yetirmək;
2.6. Məhsulların zahiri görünüşünün normativ sənədlərin tələblərinə uyğun olmasına nəzarət etmək;
2.7. Laboratoriyada olan sınaq avadanlıqlarından , cihazlarından və ölçmə texnikasından təlimata uyğun istifadə etmək;
2.8. Avadanlıqların həddindən artıq yükləmə və yaxud düzgün olmayan istismar rejimində işlətməmək;
2.9. Laboratoriya işçilərinin daim öyrədilməsini və ixtisaslarının artırılmasını təmin etmək;
2.10. Laboratoriya jurnallarının doldurulmasını və onların saxlanmasını müəyyən olunmuş qaydada yerinə yetirmək;
2.11. Xammalın, yarım fabrikatların, hazır məhsulun sınaqları və keyfiyyəti haqqında rəhbərliyə məlumat vermək;
2.12. Xammalın, yarımfabrikatların, hazır məhsulun giriş nəzarəti zamanı muəyyən olunmuş çatızmamazlıqları haqqında əsaslandırılmış etirazlar hazırlamaq;
2.13. Xammallardan, köməkçi  materiallardan və hazır məhsullardan normativ sənədlərin tələblərinə uyğun olaraq nümunə götürmək;
2.14. Məhsulun keyfiyyətinə gələn şikayətlərin və zay məhsul istehsalının səbəblərinin araşdırılmasında iştirak etmək;
2.15. Laboratoriya otaqlarını sanitariya qayda və normalarına, əməyin təhlükəsizliyi tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına uyğun vəziyyətdə saxlamaq;
2.16. Sınaqların nəticələrinin məxfiliyinə riayət etmək;                                          
2.17. Mütərəqqi sınaq üsulları və eksperimentlərin tədbiqi üçün işlər aparmaq;
2.18. Yeni sınaq avadanlıqlarının və ölçmə  vasitələrinin istifadə olunmasını mənimsəyib tətbiq etmək;
2.19. Sınaq nəticələrini və sınaq protokollarını hazırlamaq;
2.20. Keyfiyyətə nəzarətə və  rəhbərliyə  korreksiyalar hazırlamaq.
2.21. Sınağın keyfiyyətli aparılması üşün birbaşa məsuliyyət sınağı aparan işçi üzərinə düşür.
2.22. Laboratoriyanın texniki əməkdaşları sınaq nəticələrinin yayılmaması haqqında təlimatlandırılmalıdır, sınaqların nəticələrinin məxfiliyinə riayət etməlidirlər. Bu şərti yerinə yetirməyən əməkdaş sınaqdan kənar edilir.
2.23. Laboratoriyanın əməkdaşlarının  işinə mənfi təsirlərin qarşısını almaq məqsədilə, kənar şəxslərin sınaqları aparılan otaqlara, nümunələr və reaktivlər saxlanan sahələrə icazəsiz daxil olması qadağan edilməlidir. Bu haqda laboratoriyaya ğirişdə xüsusi yazı olmalıdır. Kənar şəxslərin laboratoriyaya daxil olması (direktorun razılığı olduğu halda da) yalnız laboratoriya müdürünin icazəsindən sonra ola bilər. 
2.24. Sifarişçinin sınaq nəticələrinin obyektiv olmasına inanması ücün ona öz istəyi ilə sınaqlarda iştirak etməsinə şərait yaradılmalıdır.

Müraciət üçün hr@aplusco.az adresinə CV-nizi göndərə bilərsiniz. CV-nizi göndərərkən mövzu yerinə “Laboratoriya mütəxəssisi” vəzifəsini qeyd etməyiniz vacibdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP