ERP mütəxəssisi və inzibatçısı
 
JOB TITLE: ERP mütəxəssisi və inzibatçısı
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-03-11 LAST UPDATED: N/A DEADLINE: 2019-04-10

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: ERP mütəxəssisi və inzibatçısı
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahədə 1-3 il iş təcrübəsi
Təhsil: Texniki sahələr üzrə ali təhsil
Yaş həddi: 23-32 yaş

İşin Təsviri: ERP proqramlarda işləmə, yazılım, dəstək və proseslərin analiz edilməsi.

Vəzifə öhdəlikləri:

- ERP proqramlarda işləmə, yazılım və dəstək işlərinin görülməsi;
- Şirkətin iş prinsipini və baş verən prosesləri analiz etmək;
- Proqram təminatlarında optimallaşdırma işləri aparmaq və onlara müntəzəm texniki dəstək vermək;
- Yeni yaradılmış proqramların ilkin testlərinin və istifadəçi tədrislərinin həyata keçirilməsi;
- İş proseslərinin analiz edilməsi və texniki tapşırıqların hazırlanması.

Tələblər:

- İT ERP proqram inzibatçısı, proqram dəstəyi, proqram mütəxəssisi  və sair bu kimi vəzifələrdə minimum 1 il iş təcrübəsinin olması;
- Proqramlaşdırma məntiqinin olması və proqram yazılma texnologiyasını bilməsi;
- SAP, Logo və sair bu kimi ERP proqramların əsas modullarının funksiya və imkanları üzrə biliklərin olunması;
- ERP layihələrdə iştirak edənlərə və Logo Tiger proqramında işləyə bilənlərə üstünlük veriləcəkdir;
- İngilis dili biliyi;
- Rus dili biliyi arzuolunandır;
- Alqoritmik düşüncə qabiliyyəti, problem həll etmə bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “ERP mütəxəssisi və inzibatçısı” yazıb CV göndərərək müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP