SƏTƏM və KİS üzrə təlimçi (Daşkəsən rayonu, Çovdar filiz emalı sahəsi)
 
JOB TITLE: SƏTƏM və KİS üzrə təlimçi (Daşkəsən rayonu, Çovdar filiz emalı sahəsi)
EMPLOYER: AzerGold CJSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-03-11 LAST UPDATED: N/A DEADLINE: 2019-04-10

Şirkət haqqında:

“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiyanın adı: SƏTƏM və KİS üzrə təlimçi  (Daşkəsən rayonu, Çovdar filiz emalı sahəsi)

Əsas vəzifə və öhdəliklər:

• Təlim ehtiyaclarını müəyyənləşdirmək;
• İllik təlim planı və təqvimi hazırlamaq;
• Davamlı təlim materiallarını hazırlamaq;
• Plan və təqvimə əsasən gündəlik təlimləri keçmək;
• Keçirilmiş təlimlərin effektliliyini yoxlamaq;
• Struktur bölümlərdə vaxtaşırı təlimatlandırmaların keçirilməsi, təlimat jurnallarını yoxlamaq;
• Həftəlik, aylıq keçirilmiş təlimlər və biliklərin yoxlanılması ilə bağlı şöbə müdirinə hesabat vermək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
• Mükəmməl nitq və auditoriyanı ələ almaq qabiliyyəti;
• Təqdimat hazırlamaq və təqdimetmə bacarığı;
• Azərbaycan Respublikasının qanunvericiliyini (Əmək Məcəlləsi, Nazirlər Kabinetinin qəbul etdiyi Qərarlar, SƏTƏM sahəsində təsdiq edilmiş AR-nin Qanunları, normativlər və standartlar, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələr) bilməli;
• Təlimçi sertifikatı olmalı;
• İşə icazə sistemi barədə məlumatlı olmalı;
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri yaxşı, Microsoft Office proqramlarını bilməli.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil;
• Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "SƏTƏM və KİS üzrə təlimçi" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)  cv@azergold.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP