Construction Structural Engineer
 
JOB TITLE: Construction Structural Engineer
EMPLOYER: FF Group of Companies DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-03-11 LAST UPDATED: N/A DEADLINE: 2019-04-10

Construction Structural Engineer

Vəzifə və öhdəliklər:

• Tikinti təşkilatının texniki xidmətlərinə rəhbərlik edir.
• Tikinti istehsalının sənədləşdirilməsinin və ixtisaslaşdırılmasının inkişaf perspektivlərini və texniki siyasətini, əmək məhsuldarlığının artmasının yüksək tempini, istehsalın mühəndis hazırlığı səviyyəsinin daim artmasını, xərclərin ixtisarını, tikintinin keyfiyyətinin yaxşılaşdırılmasını və istehsal fondlarının səmərəli istifadəsinin təmin edilməsi ilə onun texnologiyasının və təşkilinin təkmilləşdirilməsini müəyyən edir;
• Texnoloji intizama riayət olunmasına, tikinti norma və qaydalarının yerinə yetirilməsinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikasına nəzarəti həyata keçirir;
• Əməyin mühafizəsi üzrə bölmələrin mühəndis-texniki işçiləri ilə ilkin təlimatın aparılmasına və işçilərin öyrədilməsinə nəzarət edir;
• Bədbəxt hadisələrin araşdırılmasında iştirak edir. İstehsalatda əməyin təhlükəsizlik standartlarının hazırlanması və tətbiqi üzrə, həmçinin iş yerlərinin və texnoloji proseslərin attestasiyası üzrə işlərə başçılıq edir;
• Mühəndis hazırlığını, inşaat texnikasının istismarını, təmir və modernləşdirilməsini təmin edir;
• Layihə-smeta sənədlərinin vaxtında hazırlanmasını təmin edir;
• İşlərin istehsal layihələrinin işləmələrini və icrasını, tikinti istehsalının texniki səviyyəsinin artırılması üzrə tədbirləri, yeni texnika və texnologiyanın tətbiqi planlarını, elmi-tədqiqat və təcrübə-konstruktiv işlərinin texniki-təşkilat tədbirlərini, tikintinin təşkili layihəsində (POS-TTL) nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsini təşkil edir;
• Tikinti istehsalının, əməyin və idarəetmənin elmi əsasda təşkilinin təkmilləşdirilməsi, hesablama texnikasının tətbiqi, idarəetmə işlərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə tədbirlər görür;
• Tenderlərin keçirilməsində və üstün inkişaf etmiş ərazilərdə obyektlərinin inşasının təşkilində iştirak edir;
• Tikinti ilə bağlı Dövlət qurumları ilə sənədləşmə işlərin aparılmasını həyata keçirir;
• Sahələrdə gedən tikintidə subpodradçılar tərəfindən işlərin təhvil verilməsində rəy verir.

Namizədə olan tələblər:

• Ali texniki təhsil;
• Tikinti təşkilatlarında rəhbər və mühəndis-texniki vəzifələrdə 7 ildən az olmayaraq iş stajı;
• Komputer programlar bilmək: Windows office, AutoCAD, ArchiCAD;
• Tikinti normaları, qaydaları, təhlükəsizlik qaydalarını mükəmməl bilmək mütləqdir.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Construction Structural Engineer” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)  cv@ffgroup.az  elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP