Lisey Direktoru
 
JOB TITLE: Lisey Direktoru
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-03-11 LAST UPDATED: N/A DEADLINE: 2019-04-10

Vakansiya: Lisey Direktoru

İş yeri: Bakı şəhəri
İş qrafiki: I-V günlər  09:00-18:00

Vəzifə öhdəlikləri:

• Liseydə tədris, təlim-tərbiyə, ünsiyyət, sosial fəaliyyət, inzibati, insan resursları, maliyyə və təsərrüfat işlərini və digər bütün struktur bölmələri üzrə faəliyyətlərə nəzarəti təşkil etmək, planlaşdırmaq və effektiv şəkildə idarə etmək;
• Direktor müavinlərinin, fənn rəhbərlərinin və inzibati heyətin birgə fəaliyyətini koordinasiya etmək;
• Şirkət rəhbərliyi ilə razılaşdırmaqla struktur bölmələri arasında iş bölgüsü, iş qrafiki və əmək haqlarının müəyyən edilməsində iştirak etmək və əsaslandırılmış rəy vermək;
• Lisey heyətinin fəaliyyəti haqqında hesabatların hazırlanmasını təşkil etmək;  
• Ümumi pedaqoji heyətin və digər işçilərin illik fəaliyyətinin qiymətləndirilməsi üzrə zəruri məlumatların toplanmasını təşkil və təmin etmək;
• Şirkətin təhsil standartlarının Liseydə tətbiq olunmasını təmin etmək;
• Lisey xərclərinin səmərəli istifadəsini və maliyyə hesabatlarının hazırlanmasını təmin etmək;
• Digər tapşırılan müvafiq vəzifələri yerinə yetirmək.

Vakansiya tələbləri:

• Müvafiq sahə üzrə ali təhsil;
• Pedaqoji sahədə minimum 5 (beş) il iş təcrübəsi;
• İdarəçilik sahəsində minimum 3 (üç) il iş təcrübəsi (təhsil sahəsində çalışanlara üstünlük verilir);
• Güclü danışıqlar aparma və yazışma bacarığı;
• Əsas maliyyə və idarəetmə bilikləri;
• Təşkilati və analitik bacarıqlar.

Son müraciət tarixi: 01.04.2019

Müraciət etmək istəyən namizədlərdən "CV"-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə hr.educompany@gmail.com email ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP