Sədr müavininin katibəsi
 
JOB TITLE: Sədr müavininin katibəsi
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-03-12 LAST UPDATED: N/A DEADLINE: 2019-04-11

Sədr müavininin katibəsi

Vəzifə öhdəliklər:

• Şirkətin fəaliyyətinə aid olan və onun işçiləri tərəfindən rəhbərliyin baxışı, təsdiq etməsi və imzalaması üçün təqdim edilən sənədləri qəbul etmək və müvafiq qaydada hazırlayaraq sədr müavininə təqdim etmək;
• Daxil olan məlumatların, sənədlərin təyinatı üzrə təsnifatının aparılmasını, sistemləşdirilməsini və qeydiyyatını təşkil etmək;
• Rəhbərliyin tələb etdiyi məlumatlar barədə Şirkətin ayrı-ayrı şöbə və qurumlarının rəhbərlərinə məlumat vermək və məlumatları aldıqdan sonra sədr müavininə təqdim etmək;
• Rəhbərliyin şirkət daxilində və digər qurumlarla telefon və digər əlaqələrini koordinasiya etmək;
• Rəhbərliyin görüş və müşavirələrinin vaxtını tənzimləmək, qrafiklər hazırlamaq, keçiriləcək görüşlərin vaxtı barədə aidiyyətı üzrə rəhbər işçilərə məlumatın verilməsini təmin etmək;
• Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;

Tələblər

• Azərbaycan dili mükəmməl, İngilis və Rus dilləri arzuolunandır.
• Microsoft Office proqramlarında işləmək bacarığı;
• Məsuliyyətlilik, düzgünlük, dəqiqlik və məxfilik;
• Sənədlərlə işin və kargüzarlığın düzgün aparılması, hazırlanan sənədlərin məzmununun dəqiq, aydın və ardıcıl olması, keyfiyyətli tərtibatı bacarıqları.
• Ali təhsil;
• Uyğun sahədə minimum 1 il iş təcrübəsi.
• Qadın namizəd.

Namizədlərdən tərcümeyi halını hrm2019@mail.ru ünvanına göndərməyini və elektron məktubun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını (sədr müavininin katibəsi) göstərməyini xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP