Lənkəran Nümayəndəliyinin rəhbəri
 
JOB TITLE: Lənkəran Nümayəndəliyinin rəhbəri
EMPLOYER: PAŞA Sığorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-03-12 LAST UPDATED: N/A DEADLINE: 2019-04-11

“PAŞA Sığorta” ASC namizədləri Lənkəran Nümayəndəliyinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Nümayəndəliyin gündəlik cari fəaliyyətinin idarə olunmasının həyata keçirilməsi, iş həcmini yüksəltmək və səmərəli çalışma mühitini yaratmaq vasitəsi ilə nümayəndəliyin dəqiq işinin təmin edilməsi;
• İş ilə əlaqədar olan bütün prosedur qaydalar, təlimat və siyasətlər barəsində nümayəndəliyin bütün əməkdaşlarına məlumatın təqdim edilməsinin və həmin sənədlərin müddəalarının müəyyən edilmiş tələblərə uyğun surətdə icra olunmasının, nümayəndəlikdə  nizam-intizam qaydalrına ciddi riayət olunmasının təmin edilməsi;
• Cəmiyyət tərəfindən tərtib olunmuş fəaliyyət proqramı ilə tanışlıq, nümayəndəliyin əməkdaşlarının bu barədə məlumatlandırılması və proqramın icarasına nəzarət, nümayəndəliyin işindəki çatışmazlıqların aşkar edilməsi və işdəki nöqsanların aradan qaldırılması üçün təcili tədbirlərin həyata keçirilməsi və  bu barədə tabe olduğu departamentə malumat verilməsi;
• Cəmiyyət tərəfindən həyata keçirilən layihələrə bölgədə nəzarətin təmin edilməsi, habelә cəmiyyətin satışlar üzrə qəbul edilmiş korporativ strategiyasına müvafiq qaydada fəaliyyətin təmin edilməsi;
• Bütün sığorta məhsulları üzrə gündəlik satış həcmlərini bilməli, rəhbərlik tərəfindən müəyyən edilmiş satış planı həcmlərinə riayəti təmin etmək məqsədi ilə monitorinqin həyata keçirilməsi üçün nümayəndəliyin aylıq və rüblük dövriyyəsinin uçotunu aparılması;
• Bölgədə satış imkanlarını araşdırılmaları, habelə faktiki satış həcmləri ilə müəyyən olunmuş planın və keçən ilin analoji müddətinin müqayisəli təhlilinin aparılması, illik büdcənin və məsul olduğu bölgə üzrə satış üçün planlaşdırılan həcmlərin tərtib olunması məqsədi ilə tabe olduğu departamentə  tələb olunan informasiyaların təqdim edilməsi və bu istiqamətdə departamentə yardımın göstərilməsi;
• Birbaşa tabe olduğu rəhbərin tapşırığı ilə digər işlərin həyata keçirilməsi.

Bilik və bacarıqlar:

• Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir;
• Dil bilikləri: Azərbaycan və  rus dillərinin sərbəst bilikləri, işgüzar ingilis dili biliyinə üstünlük verilir.
• Müştəri xidmətlər sahəsində minimum 2 il iş təcrübəsi,  sığorta sahəsində iş təcrübəsinə üstünlük verilir;
• Sığorta sahəsində və müvafiq sertifikasiya üzrə iş təcrübəsinə üstünlük verilir.
• Ünsiyyət qurmaq bacarığı;
• Dəqiqlik;
• Öz fikirlərini təmiz ifadə etmək bacarığı;
• Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;
• Komanda ilə işləmək bacarığı;
• Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;
• Mübahisəli məsələləri idarəetmə bacarığı;
• Stressə davamlılıq;
• İdarəetmə bacarığı.

Son müraciət tarixi: 31 Mart, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP