Məhsul üzrə menecer (kiçik məişət texnikası)
 
JOB TITLE: Məhsul üzrə menecer (kiçik məişət texnikası)
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-03-13 LAST UPDATED: N/A DEADLINE: 2019-04-12

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Məhsul üzrə menecer (kiçik məişət texnikası)

Vəzifə öhdəlikləri:

• Assortimentlərin yaradılması;
• Bazar tələbatının, rəqiblərin assortimentlərinin öyrənilməsi;
• Məhsulun gəlirliyini təyin etmək;
• Məhsulun alışı və ehtiyatının qeydiyyatının aparılması; sifarişlərin yerləşdirilməsi, təchizatçılarla danışıqların aparılması;
• Qiymətin təyin edilməsi, məhsulun satılma tezliyini təyin etmək;
• Satışın stimullaşdırılması, reklam və promo aksiyaların təşkil edilməsi.
• Merçendayzinq standartlarının hazırlanması.

Tələblər:

• Ali təhsil;
• Sozügedən məhsul bazarı (əsas çeşidlər, məhsul markaları, istehsalçılar və təchizatçılar) haqqda məlumatlı olmalı;
• Azərbaycan və rus dillərini yüksək səviyyədə, İngilis dilini yaxşı səviyyədə bilməli;
• Ofis və 1C proqramlarını yüksək səviyyədə bilməli;
• Alış sahəsi və ya məhsul üzrə menecer vəzifəsində təcrübəsi olmalıdır.

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Rəqabətqabiliyyətli əmək haqqı

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Məhsul üzrə menecer (kiçik məişət texnikası)” qeyd edərək CV formasını hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP