Təchizat Departamentinin Rəhbəri
 
JOB TITLE: Təchizat Departamentinin Rəhbəri
EMPLOYER: ATL İnfoTech DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-03-14 LAST UPDATED: N/A DEADLINE: 2019-04-13

ATL İnfoTech şirkəti 2013-cü ildə təsis edilmişdir və informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq, geniş işçi qüvvəsinə malik olan şirkətimizin əməkdaşları informasiya texnologiyaları, telekommunikasiya, bankçılıq və maliyyə, dövlət və özəl şirkətlər və s. kimi sahələrdə peşəkar iş təcrübəsinə malikdirlər. Fəaliyyəti boyunca şirkətimiz Cisco, Microsoft, Oracle, HP və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığın əsasını qoymuşdur.

Vəzifə :Təchizat Departamentinin Rəhbəri

Hesabat verir : Direktora

Məsuliyyət Daşıyır: Departament işçiləri

İşin Təsviri

Təchizat Departamentinin rəhbəri təchizat strategiyasının qurulmasına, təkmilləşdirilməsinə, çatdırılma və post-kontrakt təchizat prosseslərin inkişaf etdirilməsinə və Təchizat departamentinin əməliyyatlarının  idarə   olunması üçün məsuliyyət daşıyacaqdır

Əsas vəzifə öhdəlikləri;

• ATL Tech üçün satınalma siyasətini qanunvericiliyə uyğun aparmaq,müvafiq qurumlar üçün satınalma strategiyasının hazırlanması, həyata keçirilməsi və davamlı şəkildə idarə edilməsinə cavabdehlik;
• Tenderə, müqavilələrin idarə olunmasına, tədarükçülərin fəaliyyətinin idarə edilməsinə dəstək olmaq üçün satınalma siyasətinin və sisteminin strategiyalarının hazırlanması və həyata keçirilməsinə rəhbərlik etmək;
• Daha çox rəqabət yaratmaq və biznesin satınalma siyasəti kateqoriyasına uyğunlaşdırılması üçün kiçik və orta müəssisələr daxil olmaqla yeni təchizat zəncirlərinin inkişafına rəhbərlik etmək;
• Davamlı şəkildə komanda və şöbələr daxilində inkişaf  və keyfiyyət təkmilləşdirmələrini sürətləndirmək və daha yaxşı nəticələr əldə etmək yollarını araşdıran, əsas fəaliyyət və maliyyə hədəflərinin təmin edilməsi və zəruri hallarda düzəlişlərin aparılmasına yardım etmək;
• İşgüzar məqsədləri dəstəkləmək üçün bütün  resursları istifadə etmək, müqavilə və kommersiya riskinə qarşı qorunmaq üçün müəssisələrə müraciət etmək üçün lazım olan bütün yeni  təcrübələri gətirmək;
• ATL-in təchizat siyasətini təkmilləşdirmək və bütün korrupsiya risklərinin qarşısını almaq;
• Yerli və xarici təchizatçılar, digər müəssisələr ilə əməliyyatları ilə effektiv şəkildə tənzimləmək;
• İşçi heyətini idarə və motivasiya etmək, müvafiq potensiala nail olmaq üçün lazım olan dəstəyi, təlim və inkişafı təmin etmək;
• Təchizat riskinin inkişafı da daxil olmaqla gələcək tələb və potensialın planlaşdırma, qurulma və idarə edilməsi;
• Təchizatın  müəssisə daxilində əhəmiyyətini artırmaq;
• Mövcud və potensial müştərilər ilə əlaqələri gücləndirib, inkişaf etdirmək;
• Əlaqədar qanunvericilik, protokol qaydalarına əsasən iş prinsiplərini qurmaq ;
• ATL Tech-in bərabərlik və eynilik prinsiplərini aktiv şəkildə dəstəkləmək
• Mövcud olan inkişaf  səviyyəsinə uyğunlaşmaq üçün  təlim və treninqlərdə iştirak etmək;
• Qeyd olunmayan,meydana çıxan digər məsuliyyətləri öz üzərinə götürmək.

Təhsil/Tələblər    

• Tələb olunan sahə üzrə əlaqədar təhsil
• MCIPS sertifikatına sahib olmaq arzu olunandır
• Layihə idarəedilməsi bacarığı

Təcrübə/Bilik

• AR təchizat prossesinə aid olan qannvericilik və qaydaları biləməli
• Təchizat müqavilələri ilə tanış olmaq
• Təchizat sistemləri ilə tanışlıq və tətbiq etmə qabiliyyəti
• İctimai qurumlar da daxil olmaqla, yalnız onlar ilə limitlənməyən güclü iş bacarıqları
• Yüksək dərəcəli layihələri idarə etmə, menecment bacarıqları
• Ayrılmış maliyyəyə qənaətetmə strategiyası haqqında biliklərə sahib olmaq  
• Təchizat və müqavilə menecmenti haqqında koorprativ biliklərə sahib olmaq
• Biznes prosseslərinin  yenidən qurulması ilə bağlı əvvəlki təcrübə;
• Müştəri ehiyaclarının dəyişdiyi  mühitdə iş təcrübəsi;
• Pilləli idarəçilik sistemində yanaşmalar tətbiq etmək / işləmək təcrübəsi
• Müqavilə və təchizatçılar ilə ən yaxşı təcrübəni tətbiq etmək bacarığı

Bacarıqlar/ Şəxsi tələblər        

• Danışıqlar aparma bacarığı da daxil olmaqla, mükəmməl ünsiyyət və təsir etmə bacarıqları
• Təchizat komandasını idarəetmə və inkişaf etdirmək bacarıqları
• İnsanlar şəbəkəsi ilə işləmək və əlaqə bacarığı , verilən tapşırıqları göstərilən vaxtda bitirmək bacarığı
• Komanda ilə işləmə bacarıqları, biznes fəaliyyəti zamanı iş prinsiplərini düzgün qurmaq
• Özünüinkişafa meyilli- vaxtını özünü inkişaf etdirməyə sərmayə qoymalı, digərlərini buna təşviq etməli 

Maraqlanan namizədlərdən CV-lərini applicants@atltech.az elektron ünvanına göndərmələri xahiş olunur. Əmək haqqı uğurlu namizəd ilə müzakirə ediləcəkdir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP