Baş Mühasib
 
JOB TITLE: Baş Mühasib
EMPLOYER: Azerbaijan Tourism Board DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-03-14 LAST UPDATED: N/A DEADLINE: 2019-04-13

Tətillərinizi Azərbaycanda keçirməyə bizimlə həvəslənin! 

Azərbaycan Turizm Bürosu Azərbaycanın turizm imicinin formalaşdırılması və bu yolla ölkənin turizm istiqaməti kimi dəyərinin yüksəldilməsi ilə məşğuldur. Qurum Azərbaycanda turizmin effektiv inkişafı üçün turizm imkanlarının müvafiq şəkildə tanıdılması və təbliğatı üzrə fəaliyyət göstərir.

Vəzifənin adı : Baş Mühasib

Əsas vəzifə öhdəlikləri:

• Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması arzuolunandır)
• 1C 7.7 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi həmçinin, MS Excel-də işləmək bacarığı
• Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
• BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı işlərdə birbaşa iştirak etmək
• Vergi orqanları ilə yazışmalar və vergi sahəsi ilə bağlı əməliyyatlar - (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
• E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
• Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
• Əmək haqqı, ezamiyyətlərin, xəstəlik vərəqələrinin, sosial məzuniyyətləri hesablanmasını və müavfiq olaraq göndərilməsi
• DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
• Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
• Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi

Namizədə dair tələblər:

• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması 
• Stresədavamlı, tələbkar, məsuliyyətli və işgüzar olması;
• Tez qavramaq və uyğunlaşmaq bacarığı;
• Problemləri təhlil və həll etmə bacarığı;
• Beynəlxalq mühasibat uçotu standartlarını bilməsi üstünlükdür.

Namizədlər CV-lərini job@tourismboard.az ünvanına 14 aprel 2019-cu ilədək göndərməlidirlər.
 
Xahiş olunur, e-mailin mövzu hissəsinə müraciət etdiyiniz vəzifənin adını (Baş Mühasib) qeyd edəsiniz.
 
Məlumat üçün bildirək ki, yalnız qısa siyahıya seçilmiş namizədlər işə qəbul prosesinin növbəti mərhələlərinə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP