Kənd təsərrüfatı texnikalarının satışı üzrə menecer
 
JOB TITLE: Kənd təsərrüfatı texnikalarının satışı üzrə menecer
EMPLOYER: Improtex Trucks and Buses LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-03-18 LAST UPDATED: N/A DEADLINE: 2019-04-17

Kənd təsərrüfatı texnikalarının satışı üzrə menecer

İş yeri: İmprotex Trucks and Buses MMC

Vəzifələr:

- Kənd təsərrüfatı texnikaları üzrə bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması işinin təşkili və idarəedilməsi
- Bazar araşdırmalarının nəticələrinin rəhbərliyə məruzə edilməsi
- Qarşısına qoyulan hədəflərin və satış planını vaxtında yerinə yetirilməsi
- Daimi və köhnə müştərilərlə münasibətlərin idarəedilməsi və nəzarətdə saxlanılması
- Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların verilməsi
- Şirkətin Satış planının hazırlanması və rəhbərliklə razılaşdırılması

Tələblər:

- Kənd təsrrüfatı texnikasının satışı üzrə minimum 3 il iş təcrübəsi;
- İqtisadi yaxud texniki sahə üzrə ali təhsil (Menecment və ya Marketinq)
- Güclü idarəetmə qabiliyyəti, kollektivlə işləmək bacarığı
- Dəqiq və işinə qarşı məsuliyyətli olmaq, iş planlama və təşkil etmə bacarığı olmalı və işə yaradıcı yanaşmalıdır
- Güclü ünsiyyət və danışıq aparmaq qabiliyyəti
- Müştərilərlə xoş ünsiyyət qurmaq bacarığı
- MS Office proqramlarını mükəmməl dərəcədə bilməli
- Dil bilikləri: Azərbaycan dili ( Əla), Rus dili ( Əla), İngilis Dili (Əla)

İş şəraiti:

- 6 günlük iş qrafiki (6-cı gün qısaldılmış gündür): Bazar günü istirahət
- Əmək haqqı razılaşma yolu ilə
- Ünvan: Qaradağ rayonu, Salyan Şossesi, 15-ci km
- Nəqliyyat şirkət tərəfindən təmin edilir.

Maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Kənd təsərrüfatı texnikaların satışı üzrə menecer" sözünü qeyd etməklə hr@improtex.az elektron poçtuna göndərə bilərlər. Vəzifəyə və tələblərə uyğun olmayan CV-lərə baxılmayacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP