Arxiv üzrə təcrübəçi
 
JOB TITLE: Arxiv üzrə təcrübəçi
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-03-18 LAST UPDATED: N/A DEADLINE: 2019-04-17

“ABB” ASC  Arxiv üzrə təcrübəçi vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Bankda arxiv işinin təşkilində iştirak etmək;
 Sənədlərin təlimata uyğun olaraq arxivə qəbulu, qeydiyyatı, sistemləşdirilməsi, mühafizəsi və istifadə olunması prosesinində iştirak;
 Arxivdə saxlanılan və əhəmiyyətini itirmiş sənədləri məhv etmək üçün hazırlanmaq, ekspert-yoxlama və məhvetmə komissiyalarının işində iştirak etmək;

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil;
 MS Office proqramlarında sərbəst işləmək bacarığı;
 Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti, təşkilatçılıq və problemləri həll etmə bacarıqları.

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində  iş proseslərini dərindən öyrənmək imkanı;
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  5 Aprel 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Arxiv üzrə təcrübəçi” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP