Satınalma üzrə mütəxəssis
 
JOB TITLE: Satınalma üzrə mütəxəssis
EMPLOYER: Collezione Italia DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-03-27 LAST UPDATED: N/A DEADLINE: 2019-04-26

Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin  (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün “Satınalma üzrə mütəxəssis” vakansiyası elan edir.

Vəzifə barədə məlumat:

• Xarici şirkətlərlə və ya xarici şirkətlərin yerli nümayəndəlikləri ilə əlaqələrin, əməkdaşlıqların qurulması və partnyorların cəlb olunması istiqamətində danışıqların aparılması;
• Əlaqə yaradılmış şirkətlərin və onların nümayəndəliklərinin məlumat bazasının yaradılması;
• Xarici nümayəndəliklərin iştirakı ilə əlaqələrin möhkəmləndirilməsi üzrə müəyyən tədbirlərin və görüşlərin təşkili, müşaiəti və xarici tədbirlərdə şirkətin təmsil olunması;
• Rəhbərlik tərəfindən verilmiş mövzu ətrafında tədqiqatların aparılması və nəticələr barədə hesabatın hazırlanması və rəhbərliyə təqdim olunması;
• Xarici nümayəndəliklərlə razılıq əsasında müqavilələrin hazırlanması prosesində iştirak;
• Beynəlxalq şirkətlərin rəsmi diler və ya nümayəndəliyini əldə etmə proseslərini yüksək səviyyədə icra etmək;
• Şirkətin interyer produksiyalarının satınalma sənədləşmənin aparılması və qəbulu proseslərində iştirak;
• Qəbul olunmuş və ya müştərilərə təhvil verilmiş produksiyalarda aşkar olunmuş problem, qüsurlar və zəmanət işləri üzrə danışıqların həyata keçirilməsi.
• Ödəmə şərtləri və endirimlərin razılaşdırılması
• Hər bir modelin eksklyuziv olaraq müştəri ilə razılaşdırılıb, satış təmsilçisi tərəfindən  təsdiqlənmiş sənədə əsasən istehsalçı ilə əlaqə yaradılaraq sifariş edilməsi
• Məhsul hazır vəziyyətə gətirildikdən sonra Logistika şöbəsinin məlumatlandırılaraq xaricdəki anbara yığılması
• Aparılan satınalma əməliyyatlarının bazada yığılması

Şərtlər:

- AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- Həftə ərzində 6 iş günü, istirahət- bazar günü
- İş saatı: 10:00-19:00
- Əmək haqqı: Namizədə görə müəyyən olunur

Tələblər:

- Ali təsil və sertifikatlar (CİPS arzuolunandır)
- Yaş-25-35;
- Beynəlxalq satınalma sferasında minimum 2 il iş təcrübəsi;
- Dil bilgiləri: Azərbaycan, rus və ingilis dillərində sərbəst yazı və danışıq qabiliyyəti;
- Planlaşdırma, analiz və idarəetmə bacarığı;
- Yüksək səviyyədə logistik prosedur bilgiləri.
- İncoterms şərtləri ilə məlumatlı.

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində Satınalma üzrə mütəxəssis”  sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP