İnsan Resursları üzrə mütəxəssis
 
JOB TITLE: İnsan Resursları üzrə mütəxəssis
EMPLOYER: Aztikintiyol DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-03-27 LAST UPDATED: 2019-03-27 DEADLINE: 2019-04-26

İnsan Resursları üzrə mütəxəssis

ƏMƏK FUNKSİYASI

 İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir;
 Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
 Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
 Əmək kitabçalarını doldurur, hesaba alır və mühafizə edir, iş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
 İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır;
 İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak edir;
 İşçilərin tibbi müayinədən keçməsinə nəzarət edir, onların tibbi kitabçalarının uçotunu aparır və növbəti tibbi müayinənin keçirilmə vaxtına nəzarət edir;
 Müəssisə işçilərinə və onların ailə üzvlərinə pensiyaların təyin olunması üçün lazımi sənədləri hazırlayır;
 Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır;
 Əmək üzrə perspektiv və illik planların işlənib hazırlanmasında iştirak edir;
 İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və şöbə müdirinə hesabat verir;
 Şəxsi işlərin arxivləşməsini aparır;
 Sənədlərin operativ qeydiyyatını aparır;
 Şöbə müdirinə tapşırıqların icrasının vəziyyəti haqqında məlumat verir;
 Müəyyən olunmuş hesabatları tərtib edir;

Tələblər:

- Ali təhsil
- Müvafiq sahədə  minumum 2 il iş təcrübəsi
- Kompüter bilikləri: Ofis proqramları
- Məsuliyyətli və diqqətli olmaq;
- Komandada işləmə bacarığı;

- İş qrafiki : 5 gün saat 09 :00 - 18:00 qədər.

Tələblərə uyğun namizədlər mövzu yerində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə cv-lərini O.Mehdizada@aztransporta.az electron ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP