Baş Mühasib
 
JOB TITLE: Baş Mühasib
EMPLOYER: Agro Food Investments LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-03-28 LAST UPDATED: N/A DEADLINE: 2019-04-27

Vəzifə: Baş Mühasib

Vəzifə öhdəlikləri:

• Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
• Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsi, Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi, Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
• Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Baş ofis tərəfindən verilən tapşırıqları vaxtında icra etmək;

Tələblər:

• Ali iqtisadi təhsil;
• Baş mühasib kimi ən azı 3 il iş təcrübəsi olmalı;
• Yerli vergi və əmək qanunvericiliyini mükəmməl bilməli;
• Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
• Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
• MS Office proqramlarını mükəmməl bilməli;
• 1C 8.3  proqramı ilə yüksək səviyyədə işləmə bacarığı.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Baş mühasib” qeyd edərək CV formasını hr@agrofoodinvest.az elektron ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP