Qrafik dizayner
 
JOB TITLE: Qrafik dizayner
EMPLOYER: SAFA Holding Ltd DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-03-28 LAST UPDATED: 2019-03-28 DEADLINE: 2019-04-27

Bakı şəhərində fəaliyyət göstərən “SAFA HOLDİNG” şirkətlər qrupuna “Qrafik dizayner” vakansiyasına elan verir:

Vəzifə öhdəlikləri:

• Müxtəlif dizayn işlərinin hazirlanmasi (Buklet, flayer, kataloq, logolar, etiket yazıları, korporativ qutular, bağlamalar və s.);
• SMM üçün kreativ materialların hazırlanması;
• Verilmiş təlimatlar və informasiya əsasında, dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
• Komandayla çalışmağı bacarmalı, operativ ve praktik olmalı;
• Materialların eskizlərini tərtib etmək, rəhbərliklə müzakirə etmək və müvafiq dəyişiklikləri tətbiq etmək;
• Ümumi reklam materiallarının hazırlanması və təhvil verilməsinə görə cavabdehlik daşımaq;
• Aparılan işlər üzrə hesabatlar hazırlamaq;

Tələblər:

• Ali təhsil (Rəssamlıq, dizayn və s.üstünlük verilir)
• Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, ingilis və rus dilini bilənlərə üstünlük verilir.
• Müvafiq sahədə 3-5 il iş təcrübəsi;
• Yaş: 25-45;
• Kreativlik (yaradıcı potensial);
• Brending, qablaşdırma üzrə biliklər
• Müasir dizayn tendensiyaları üzrə biliklər;
• Çapa hazırlıq mərhələsi üzrə biliklər;
• Dəqiqlik, səbrlilik və punktuallıq;
• Adobe PhotoShop, Adobе InDesign, Adobе Illustrator/CorelDraw, Adobe Premiere kimi proqramlarda işləmə bacarığı. After Effect, 3DS MAX bilmək əlavə üstünlükdür.

İş haqqında məlumat:

• Qrafik işlərin görülməsi, reklam və bannerlərin hazırlanması, video roliklərin hazırlanması;
• Əmək haqqı: 700 - 1000 AZN;
• İş qrafiki: Həftədə 6 iş günü, 1 gün istirahət;
• İş yeri: Bakı şəhəri.

Göstərilən tələblərə cavab verən namizədlər öz Portfolio və CV-lərini info@safa.az elektron ünvanına göndərə bilərlər.Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz “Qrafik dizayner” vakansiyanın adını qeyd edəsiniz.

Əlaqə nömrəsi (012) 430 85 85, daxili 123.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP