Metal konstruksiya üzrə keyfiyyət mühəndisi (QC)
 
JOB TITLE: Metal konstruksiya üzrə keyfiyyət mühəndisi (QC)
EMPLOYER: Xırdalan Metal Konstruksiya MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-03-29 LAST UPDATED: 2019-03-29 DEADLINE: 2019-04-28

Metal konstruksiya üzrə keyfiyyət mühəndisi (QC)

Namizədə dair tələblər:

• Sərbəst Azərbaycan dili
• Rus və İngilis dili arzuolunandır
• Kompüter proqramları : Autocad, Microsoft Ofice
• Minimum 3 il keyfiyyət mühəndisi kimi əmək fəaliyyəti olmalı
• İstiqamət üzrə yaxud texniki ali təhsil
• Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
• Komandada işləmək bacarığına sahib olmalıdır;

Vəzifələr:

 Müəssisəyə satın alınan və proses xəttində anbarlama əməliyyatlarına girən bütün materialların (xammallar, köməkçi maddələr, boya maddələri və s.) davamlı nəzarətini aparmaq, uyğunsuzluqların sənədləşdirilməsi və rəhbərliyə məlumatın verilməsi (Giriş nəzarəti).
 Avtomatlaşdırılmış layihə sistemindən istifadə edərək yoxlamalar zamanı müvafiq görüntülərin və məlumatların əldə edilməsi:
 Görülən işlər və aparılan yoxlamalar ilə əlaqədar hər cür qeydlərin tutulmasına, sənədlərin tənziminə, müəyyən olunmuş məlumat axınına, iş axınına və hesabat sistemlərinə riayət etmək.
 Metal Konstruksiyaların ümumi yığımı zamanı bütün detalların təyin edilmiş addımlarda çizgilər əsasında yoxlanılmasının təmin edilməsi (Ölçü nəzarəti). 
 Təsbit etdiyi uyğunsuzluqları hesabat şəklində rəhbərinə bildirmək, aradan qaldırılmasını, qeydlərin tutulmasını və əlaqədar rəhbərə çatdırılmasını təmin etmək.
 Prosesdə istehsal nəticəsində uyğunsuzluq kəsb edən vəsaitlər istifadə edilərkən düzəldici və önləyici fəaliyyətlərə yerində nəzarət etmək.
 Mütəmadi sahələrdə işlərə, material dəyişikliklərinə və uyğunluqlarına istehsal rəhbəri ilə birlikdə nəzarət etmək, uyğunsuzluqlar üçün alına biləcək tədbirlərin müəyyənləşdirilməsi üçün rəhbərə təkliflər vermək və qərar verilən icraları təqib etmək.
 Təcrübə üçün hazırlanmış nümunənin yaxud şablonların quraşdırılmasında, sınağında və istismara təhvil verilməsində, həmçinin  konstruksiya olunan məmulatın təkmilləşmə, modernləşmə,vahid şəklə salınmasında iştirak edir.

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Nahar ilə təmin edilmə
Yüksək əmək haqqı

Yuxarıda qeyd edilən tələblərə uyğun namizətlər CV-lərini mövzu yerinə Metal konstruksiya üzrə keyfiyyət mühəndisi yazmaqla Hr.steel@akkord.az elektron ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP