Biznes analitik
 
JOB TITLE: Biznes analitik
EMPLOYER: PASHA Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-03-29 LAST UPDATED: N/A DEADLINE: 2019-04-28

Vəzifə: Mütəxəssis
 
Funksiya: Əməliyyatlar
Department: İnformasiya Texnologiyaları
Şöbə: Sistemlərin Tətbiqi
Qrup: Biznes Analitikası
Tabeçilik: Qrup rəhbəri

Vəzifənin məqsədi

Sorğulanan biznes tələblərin araşdırılması, məqsədinin və effektivliyinin müəyyən edilməsi. Tələblərə əsasən, ən effektiv həll yollarının tapılması və sorğunun icrası üçün texniki tapşırıq sənədinin hazırlanması. Sorğuların araşdırma, icra və təhvil mərhələlərini daima nəzarətdə saxlamaq və icra edilən sorğuların, texniki sənədin tələblərinə uyğun olmasına cavabdeh olmaq.

Vəzifə Öhdəlikləri

Vəzifə Öhdəliyi  -  Əsas Fəaliyyət Göstəriciləri

Sorğu üzrə bütün biznes tələblərin yığılması və razılaşdırılması - Biznes tələblər sənədi
Tələblərə əsasən, sorğunun icrası üçün, funksional və qeyri funksional tələblər üzrə, texniki tapşırıq sənədinin hazırlanması - Texniki tələblər sənədi
Bütün maraqlı tərəflər ilə tələblər üzrə razılığın rəsmiləşdirilməsi - Hər müzakirə/görüşdən sonra MoM hazırlamaq
Sorğunun ən son texniki tələblər sənədinə uyğun olaraq icra edilməsinə nəzarət - Texniki tələblər sənədi
UAT mərhələsi üçün test ssenarilərini tələb etmək və sifarişçi ilə razılaşdırmaq - Test nümunələri
Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək - Daxili qayda və təlimatların pozulması.
Audit və komplayns yoxlama nəticələri .SƏTƏM hesabatları və qeydiyyatı

Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar. -

Tələb edilən bilik, bacarıq və təcrübə

• Təhsil: İqtisadiyyat və ya İnformasiya texnologiyaları sahəsi üzrə Bakalavr təhsili;
• İş təcrübəsi: Maliyyə və İT sahəsi üzrə 3 ildən artıq iş təcrübəsi;
• Xarici dil: İngilis dili (yaxşı);
• Kompüter bilikləri: Microsoft Office (Excel, Visio), SQL, Macros, UI/UIX designing, UML;
• Bazar biliyi: Bank prosesləri, bank tənzimləyicisi, bank məhsulları;
• Digər: Yaxşı ünsiyyət qurma və təqdimat keçirmə bacarıqları, proqram təminatının yaradılma metodları (təməl bilik).

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini  recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “Biznes analitik” yazaraq göndərmələri xahiş olunur

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP