Əməliyyatçı-Kassir ( Ələt )
 
JOB TITLE: Əməliyyatçı-Kassir ( Ələt )
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-03-29 LAST UPDATED: N/A DEADLINE: 2019-04-28

Kapital Bank namizədləri  Ələt qəsəbəsində yerləşən Bakı Limanı, Qaradağ və Hava Limanı şöbələri üçün Əməliyyatçı-Kassir vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər :

• Müştərilərə xidmət;
• Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən bank məhsullarının satışı;
• Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu;
• Ödəniş kartları üzrə əməliyyatların aparılması;
• Müştərilərin hesabları üzrə mədaxil və məxaric əməliyyatlarını həyata keçirmək;
• Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq;
• Gün ərzində hazırlanmış sənədləri müvafiq qaydada arxivləşdirmək və s.

Tələblər :

• Ali təhsil;
• Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
• Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
• Azərbaycan, İngilis və Rus dillərində sərbəst danışmaq bacarığı ;
• MS Office (Word, Excel) proqramları üzrə biliklər;
• Gərgin iş qrafikində işləmək bacarığı;
• Əla ünsiyyət bacarıqları;
• Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti və s.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində " Əməliyyatçı-Kassir " qeyd etməklə CV-nizi recruitment@kapitalbank.az ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP