Müştəri müraciətlərinin həlli şöbəsinin Mütəxəssisi
 
JOB TITLE: Müştəri müraciətlərinin həlli şöbəsinin Mütəxəssisi
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-03-29 LAST UPDATED: N/A DEADLINE: 2019-04-28

Kapital Bank namizədləri Müştəri əlaqələri Departamenti Müştəri müraciətlərinin həlli şöbəsinin Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Müxtəlif kanallar vasitəsilə banka daxil olmuş şikayətləri, sorğuları və müraciətləri aidiyyatı qaydada daxili reyesterdə uçota alınmasını təmin edir.
• Daxil olmuş şikayətləri, sorğuları və müraciətləri bankın adiyyatı struktur bölmələrinə yönəldib, statuslarına nəzarət edir və lazımi araşdırmalar apararaq həmin müraciətlərin qanunvericiliklə təyin edilmiş müddət ərzində cavablandırılmasını təmin edir.
• Daxil olan şikayətləri qruplaşdırmaqla müxtəlif yönümlü statistik hesabatlar hazırlayır.
• Məzmununda dələduzluq əməlləri olan müraciətləri Dələduzluğa qarşı mübarizə şöbəsinə təqdim edilməsini təmin edir.
• Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
• Birbaşa rəhbəri, İdarə Heyəti sədri, tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir

Tələblər

• Ali iqtisadi təhsil;
• Səlis Azərbaycan və Rus dili (İngilis dili arzuolunandır);
• Yüksək ünsiyyətqurma qabiliyyəti;
• Məsuliyyətlilik, operativlik, təzyiqə davamlılıq;
• Komanda tərkibində və rəhbərlik altında işləmə qabiliyyəti;
• MS Word və MS Excel proqramları ilə işləmə bacarığı;
• İş təcrübəsi bank sahəsində 2 il, (Müştərilərlə iş təcrübəsi olanlara üstünlük verilir)

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) recruitment@kapitalbank.az e-mail ünvanına mövzu hissəsində “Müştəri müraciətlərinin həlli şöbəsinin Mütəxəssisi” qeyd etməklə göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP