Texniki İstehsalat Departamentinin Mühəndisi
 
JOB TITLE: Texniki İstehsalat Departamentinin Mühəndisi
EMPLOYER: SMTS MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-01 LAST UPDATED: N/A DEADLINE: 2019-05-01

Texniki İstehsalat Departamentinin Mühəndisi

Tələb olunan iş Bacarığı:

- Layihələrin araşdırılması, texniki hesabatın tərtibi, cizgi üzərində iş həcimlərinin təyini və istehsalat sənədlərinin yoxlanması.
- Tikinti Norma və Qaydaların tələblərinə uyğun smetaların tərtib olunması.
- Yerinə yetirilmiş Tikinti qurlaşdırma işlərinin (TQİ) icra aktlarının hazırlanması. Layihələr üzrə təqdim olunan aktların Sənədlərə Nəzarət və müəssisədaxili TQİ təsdiqi prosedurlarına uyğun olaraq düzgünlüyünün yoxlanması;
- Texniki hesabatların tərtib olunması və eyni adlı sənədlərin yoxlanılması. Norma əsasında silinən materiallaırn həcmi ilə faktiki olaraq TQİ-yə sərf olunan materialların həcminin müqayisə hesabatının hazırlanması.
- Qanunvericiliyə uyğun olaraq layihələndirilən obyektlərin texniki tapşırıqlara, QOST-a, TNQ-ya, təhlükəsizlik texnikasının norma və tələblərinə uyğunluğunu təmin etmək, obyektlərin istismara buraxılması məqsədilə sənədlərin hazırlanması, FHN-in ekspertizasından keçirilməsi və rəylərin alınması üçün sənədlərin hazırlanması, qəbul komissiyası üçün sona çatdırılmış obyektlərə aid sənədlərin hazırlanması.

Tələb olunan təhsil və biliklər:

- İnşaat sahəsində Ali təhsil (İnşaat fakultəsi/ İnşaat mühəndisi)
- Texniki İstehsalat Departamentinin Mühəndisi olaraq 5 (beş) il iş təcrübəsi (bu beynəlxalq təcrübə olarsa əmək haqqına müsbət təsir edəcəkdir)
- Microsoft Office (Excel, Word, Access), AutoCad və ya ArchiCad proqramlarını əla səviyyədə bilməli.
- Azərbaycan, rus və ingilis dilləri əla səviyyədə
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, komandada işləmək bacarığı, diqqətli, məsuliyyətli, müstəqil olmalı.

Digər tələb və şərtlər:

- Yaş həddi: 30-50
- Əmək haqqı 1500 – 2000 AZN ( təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 2 saat)
- Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) hr@smts.az elektron ünvanına mövzu yerinə “Texniki İstehsalat Departamentinin Mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP