Operator (Müşahidə kameralarına nəzarətçi)
 
JOB TITLE: Operator (Müşahidə kameralarına nəzarətçi)
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-01 LAST UPDATED: N/A DEADLINE: 2019-05-01

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi ir@kontakt.az
e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Operator (Müşahidə kameralarına nəzarətçi)

Tələblər:

• Cinsi – fərq etmir
• Yaş həddi: 20-28 yaş
• Ali və ya orta ixtisas təhsili
• Orta səviyyədə komyuter bilikləri vacibdir
• Uyğun sahədə iş təcrübəsi arzu olunandır
• Diqqətli, dürüst, məsuliyyətli
• Kollektivdə işləmək bacarığı

Vəzifələr:

• Kamera vasitəsi ilə mağaza salonuna fasiləsiz nəzarət etmək
• Şirkət tərəfindən qoyulmuş standartlara əməl edilib edilməməsinə nəzarət etmək
• Cərimələrin tətbiq edilməsi
• Rəhbərliyin verdiyi digər tapşırıqlar

İş şəraiti:

- Əmək məcəlləsinə uyğun sənədləşmə
- İş qrafiki: I-V günlər- 09:0-18:00, şənbə və bazar- istirahət günləridir

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Operator  (Müşahidə kameralarına nəzarətçi) ” qeyd edərək ir@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP