Kadrlar üzrə mütəxəssis
 
JOB TITLE: Kadrlar üzrə mütəxəssis
EMPLOYER: Varidat Consulting Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-01 LAST UPDATED: N/A DEADLINE: 2019-05-01

Varidat Məsləhət Şirkəti MMC

Kadrlar üzrə mütəxəssis

Zəruri tələblər:

• Ali təhsil
• Azərbaycan dilini səlis bilməli
• Elektron hökümət portalından istifadə etmək bacarığı
• Office proqramlarını yüksək səviyyədə bilməli (Excel, Word, PowerPoint)
• Kollektivdə komanda ilə işləmə bacarığı
• Minimum 1 il iş stajı

Vəzifələr:

• İşçilərin ilkin işə qəbul sənədlərinin toplanması, əmək, tam maddi məsuliyyət, kommersiya sirrinin qorunması haqqında müqavilələrinin hazırlanması;
• Elektron Hökumət Portalında (e-gov.az) işçiləri qeydiyyatdan keçirmək;
• Əmək qanunvericiliyinə, nizamnamə və təlimatlara əsasən işçilərin işə qəbulu, işdən çıxarılması, bir vəzifədən başqasına keçirilməsi bağlı sənədlərin tərtib edilməsi;
• İşçilərə məzuniyyətlərin verilməsi və qeydiyyatının aparılması;
• İşçilərə ezamiyyələrin verilməsi və qeydiyyatının aparılması;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
• Sosial Sığorta kartının sifariş edilməsi (e-gov.az vasitəsilə)
• İcbari sığortanın sifariş edilməsi. 
• Xarici ölkələrdən gəlmiş əcnəbi işçilərin miqrasiyada qeydiyyata alınmasını təşkil etmək;
• Aylıq tabellərin hazırlanması;
• Kargüzarlıq işləri;
• Arxivin yaradılması, bitmiş işlərin arxivləşdirilərək arxivdə saxlanılması və buna nəzarət;

Əməkhaqqı: 500 AZN

İş qrafiki: Bazar ertəsi – Cümə - 7 saat , Şənbə günü saat 10:00-dan 15:00-dək

CV göndərərkən mövzu qismində "Kadrlar üzrə mütəxəssis" sözünün yazılması mütləqdir.

E-mail: hr@varidat.az     officemanager@varidat.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP