Kouçinq/təlimin keçilməsi üçün qısamüddətli ekspertin seçimi ilə əlaqədar Texniki Tapşırıq
 
JOB TITLE: Kouçinq/təlimin keçilməsi üçün qısamüddətli ekspertin seçimi ilə əlaqədar Texniki Tapşırıq
EMPLOYER: Yerli İdarəetməyə Yardım İctimai Birliyi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-02 LAST UPDATED: N/A DEADLINE: 2019-05-02

“Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” Layihəsi

Kouçinq/təlimin keçilməsi üçün qısamüddətli ekspertin seçimi ilə əlaqədar Texniki Tapşırıq

Ümumi məlumat 

Yerli İdarəetməyə Yardım İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycanda Peşə Təhsili və Təlimi Mərkəzlərinin Modernləşdirilməsi” proqramı çərçivəsində “Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” Layihəsini icra edir. Layihənin əsas məqsədi Avropa standartları və təcrübəsinə əsaslanaraq Bərdə Peşə Liseyində peşə təhsili və təlimini modernləşdirməkdir.

Layihənin xüsusi məqsədləri:

1. Liseyin institusional və idarəetmə sisteminin yaradılması;
2. Tələb və nəticə yönümlü kurrikulum hazırlamaq;
3. Liseyin davamlı fəaliyyəti üçün maliyyə resursları müəyyənləşdirmək və səfərbər etmək;
4. Liseyin rəhbərliyi, müəllimlər və təlimçi ustaların texniki bacarıqlarını təkmilləşdirmək;
5. Mövcud infrastruktur və maddi texniki bazanın modernləşdirilməsinə töhfə vermək;
6. Liseyin yerli qabaqcıl təcrübə mərkəzi kimi tanıdılması.

Layihə çərçivəsində Bərdə Peşə Liseyinin bir qrup müəllimi üçün kouçinq/təlim təşkil edilməsi nəzərdə tutulur.

İşin təsviri  

Layihə çərçivəsində Yerli İdarəetməyə Yardım ictimai birliyi Liseydə kouçinq/təlimin keçilməsi üzrə ekspert seçimi ilə bağlı təklifləri qəbul edir.

Seçilmiş ekspert Liseyin rəhbərliyi ilə birlikdə kouçinq/təlim proqramında iştirak edəcək müəllimlərin seçilməsi, onların təlim ehtiyaclarının müəyyənləşdirilməsi, kouçinq/təlim üçün proqram və əyani vəsaitlərin hazırlnaması, kouçinq/təlimin keçilməsi və digər əlaqədar fəaliyyələrə məsul olacaq.

Təlim keçmiş müəllim kouçerlər sonrakı dövr ərzində öz həmkarlarına təlimlər, eləcə də bilik və təcrübə mübadiləsi vasitəsi ilə yeni kurikulumların tətbiq edilməsi, modulların effektiv tədris edilməsi, dərslərin innovativ metodlarla təşkil edilməsi və s. istiqamətlərdə zəruri dəstək göstərəcəklər.

Ekspertin öhdəlikləri:

 Kouçinq/təlim proqramının iştirakçıları ilə birlikdə çalışaraq onların təlim ehtiyaclarını müəyyənləşdirmək və kouçinq/təlim proqramının gündəliyini hazırlamaq;
 Müxtəlif təlim metodlarından istifadə edərək Liseyin pedogoji heyətindən seçilmiş 6 müəllim üçün 3 günlük kouçinq/təlim təşkil etmək;
 Kouçinq/təlim proqramında iştirak edəcək müəllimlər üçün qrup işləri, özünü təhlil və fərdi tapşırıqları hazırlamaq;
 Özünü-qiymətləndirmə və digər alətlərdən istifadə etməklə təlim/kouçinq proqramının nəticələrini qiymətləndirmək və müvafiq halda iştirakçılara görüləcək fəaliyyətlər ilə bağlı tövsiyələr vermək;
 Kouçinq/təlim proqramının iştirakçıları üçün nəticə və müddətləri özündə ehtiva edən şəxsi fəaliyyət planını hazırlanmasına dəstək göstərmək;
 Fəaliyyətlərin icra müddətində kouçinq/təlim proqramının iştirakçılarına əyani və virtual qayda texniki dəstək göstərmək və zəruri məsləhətlər vermək;
 Görülən işlərin yekununa dair hesabatın hazırlanması.

İş günlərinin sayı və yekun məhsulların təqdim olunması üçün son tarixlər:

İş günlərinin sayı: 60 gün
Müddət: may-avqust, 2019-cu il

Tələblər:

 Müvafiq sahədə  ali təhsil;
 Peşə təhsili və ya təlimi sahəsində təcrübə;
 Təlim materiallarının hazırlanması və təlimlərin keçirilməsi üzrə bilik və təcrübə;

Xüsusi qeydlər

Seçilmiş ekspert layihə komandası, eyni zamanda benefisiar təşkilatın nümayəndələri ilə birlikdə işləyəcəkdir.

Bərdə Peşə Liseyində fəaliyyətlərin təşkili və əlaqələndirilməsi ekspertin uyğunluluğuna əsasən qarşılıqlı olaraq razılaşdırılacaqdır. İş cədvəli ekspert seçildikdən sonra müəyyən ediləcəkdir.

Seçim prosesi CV və ekspert fəaliyyətinin icrası ilə bağlı təklifləri 15.04.2019-cu il tarixinə qədər aşağıda qeyd olunan elektron poçt ünvanına göndərmək xahiş olunur: office@lga.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP