Kənd təsərrüfatında yeniliklər üzrə təlimlərin keçirilməsi üçün qısamüddətli ekspertlərin seçimi
 
JOB TITLE: Kənd təsərrüfatında yeniliklər üzrə təlimlərin keçirilməsi üçün qısamüddətli ekspertlərin seçimi
EMPLOYER: Yerli İdarəetməyə Yardım İctimai Birliyi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-02 LAST UPDATED: N/A DEADLINE: 2019-05-02

“Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” Layihəsi

Kənd təsərrüfatında yeniliklər üzrə təlimlərin keçirilməsi üçün qısamüddətli ekspertlərin seçimi üzrə Texniki Tapşırıq

Ümumi məlumat Yerli İdarəetməyə Yardım İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycanda Peşə Təhsili və Təlimi Mərkəzlərinin Modernləşdirilməsi” proqramı çərçivəsində “Bərdə Peşə Liseyinin  Modernləşdirilməsi” layihəsini icra edir. Layihənin əsas məqsədi Avropa standartları və təcrübəsinə əsaslanaraq Bərdə Peşə Liseyində peşə təhsili və təlimini modernləşdirməkdir.

Layihənin xüsusi məqsədləri:

1. Liseyin institusional və idarəetmə sisteminin yaradılması;
2. Tələb və nəticə yönümlü kurrikulum hazırlamaq;
3. Liseyin davamlı fəaliyyəti üçün maliyyə resursları müəyyənləşdirmək və səfərbər etmək;
4. Liseyin rəhbərliyi, müəllimlər və təlimçi ustaların texniki bacarıqlarını təkmilləşdirmək;
5. Mövcud infrastruktur və maddi texniki bazanın modernləşdirilməsinə töhfə vermək;
6. Liseyin yerli qabaqcıl təcrübə mərkəzi kimi tanıdılması.

Liseydə hal-hazırda aşağıdakı ixtisaslar tədris olunur:

• Avtomobil və traktorların elektrik avadanlıqlarının təmiri üzrə çilingər-elektrik, avtomobil sürücüsü;
• Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil sürücüsü (BC kateqoriyası);
• Kəndin elektrikləşdirilməsi və rabitəsi üzrə elektrik montyoru, avtomobil sürücüsü;
• Heyvandarlıq mütəxəssisi;
• Meliorasiya işlərinin traktorçusu, təmirçi-çilingər, avtomobil sürücüsü;
• Elektrik qaz qaynaqçısı;
• Avtomobillərin təmiri çilingəri-avtomobil sürücüsü;
• Dərzi;
• Bitkiçilik mütəxəssisi;
• Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer.

Layihə çərçivəsində kənd təsərrüfatında yeniliklərin tətbiqi və müasir kənd təsərrüfatı avadanlıqların istifadəsi üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. Təlimlər Bərdə Peşə Liseyinin mühəndis-pedoqoji heyətinin kənd təsərrüfatı sahəsində biliklərinin artırılmasını ehtiva edir. Təlim mövzuları Liseydə tədris olunan ixtisaslar üzrə müvafiq kurikulumları əhatə etməlidir.

İşin təsviri  

Layihə çərçivəsində Yerli İdarəetməyə Yardım İctimai Birliyi Azərbaycanda kənd təsərrafatı üzrə ixtisaslaşmış ekspertlərin seçimi ilə bağlı təklifləri qəbul edir.

Ekspertlər kənd təsərrüfatında yeniliklərin tətbiqi və müasir kənd təsərrüfatı avadanlıqlarından və texnikasından istifadə, eləcə də əlaqədar digər texniki sahələri əhatə edən mövzular üzrə təlim vəsaitlərini hazırlayacaq və Bərdə Peşə Liseyinin müvafiq mühəndis-pedoqoji heyəti üçün təlim keçəcəklər.

Müraciət edənlər tərcümeyi hal (CV) və təklif formasını qeyd edilən son tarixə qədər təqdim etməlidirlər.

Ekspertlərin öhdəlikləri:

 Təlim mövzularının müəyyən edilməsi və Layihə komandası ilə razılaşdırılması;
 Bərdə Peşə Liseyində 30 nəfərlik mühəndis-pedoqoji heyət üçün təlim materiallarının hazırlanması və 10 təlim kursunun keçirilməsi;
 Kənd təsərrüfatı sahəsində yeniliklərin tətbiqi, müasir texnikaların və avadanlıqların istifadəsi üzrə yaxşı nümunələrin təlim iştirakçıları ilə paylaşılması;
 Görülən işlərin yekununa dair hesabatın hazırlanması.

İş günlərinin sayı və yekun məhsulların təqdim olunması üçün son tarixlər:

İş günlərinin sayı: 27 gün (təlim materiallarının hazırlanması - 5 gün, təlimlərin keçirilməsi - 20 gün, hesabatın hazırlanması 2 gün)
Müddət: Aprel – İyun, 2019-cu il

Tələblər:

 Kənd təsərrüfatı sahəsində  ali təhsil;
 Kənd təsərrüfatı sahəsində dərs və təlim materiallarının hazırlanması və təlimlərin keçirilməsi üzrə bilik və təcrübə;
 Kənd təsərrüfatı texnikalarının və avadanlıqlarının istifadəsi üzrə biliklər.

Xüsusi qeydlər

Ekspertlər layihə komandası, eyni zamanda benefisiar təşkilatın nümayəndələri ilə birlikdə işləyəcəkdir.

Bərdə Peşə liseyində təlimlərin keçirilməsi tarixləri işlərin yekunlaşdırılması və ekspertlərin uyğunluluğuna əsasən qarşılıqlı olaraq razılaşdırılacaqdır.

Qeyd olunan mövzular üzrə təlim materiallarının hazırlanması və təlimlərin keçirilməsi üzrə cədvəl ekspertlər seçildikdən sonra müəyyən ediləcəkdir.

Seçim prosesi CV və ekspert fəaliyyətinin icrası ilə bağlı təklifləri 26.03.2019-cu il tarixinə qədər aşağıda qeyd olunan elektron poçt ünvanına göndərmək xahiş olunur: office@lga.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP