Fəaliyyətin (performansın) idarə edilməsi sisteminin qurulması üzrə qısamüddətli ekspert
 
JOB TITLE: Fəaliyyətin (performansın) idarə edilməsi sisteminin qurulması üzrə qısamüddətli ekspert
EMPLOYER: Yerli İdarəetməyə Yardım İctimai Birliyi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-02 LAST UPDATED: 2019-04-02 DEADLINE: 2019-05-02

“Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” Layihəsi

Fəaliyyətin (performansın) idarə edilməsi sisteminin qurulması üzrə qısamüddətli ekspertin seçimi ilə əlaqədar Texniki Tapşırıq

Ümumi məlumat Yerli İdarəetməyə Yardım İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycanda Peşə Təhsili və Təlimi Mərkəzlərinin Modernləşdirilməsi” proqramı çərçivəsində “Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” Layihəsini icra edir. Layihənin əsas məqsədi Avropa standartları və təcrübəsinə əsaslanaraq Bərdə Peşə Liseyində peşə təhsili və təlimini modernləşdirməkdir.

Layihənin xüsusi məqsədləri:

1. Liseyin institusional və idarəetmə sisteminin yaradılması;
2. Tələb və nəticə yönümlü kurrikulum hazırlamaq;
3. Liseyin davamlı fəaliyyəti üçün maliyyə resursları müəyyənləşdirmək və səfərbər etmək;
4. Liseyin rəhbərliyi, müəllimlər və təlimçi ustaların texniki bacarıqlarını təkmilləşdirmək;
5. Mövcud infrastruktur və maddi texniki bazanın modernləşdirilməsinə töhfə vermək;
6. Liseyin yerli qabaqcıl təcrübə mərkəzi kimi tanıdılması.

Layihə çərçivəsində Bərdə Peşə Liseyi üçün fəaliyyətin (performansın) idarə edilməsi üzrə sistemin yaradılması nəzərdə tutulur.

İşin təsviri  

Layihə çərçivəsində Yerli İdarəetməyə Yardım ictimai birliyi Liseydə fəaliyyətin (performansın) idarə edilməsi sisteminin qurulması üzrə ekspert seçimi ilə bağlı təklifləri qəbul edir.

Seçilmiş ekspert Liseyin hədəf və məqsədlərini nəzərə almaqla fəaliyyətin (performansın) idarə edilməsi üzrə sistemin qurulmasına, mühəndis-pedoqoji heyət üçün məqsədlərin, gözləntilərin və əsas fəaliyyət göstəricilərinin (ƏFG) müəyyənləşdirilməsinə, fəaliyyətin (performansın) monitorinqi və qiymətləndirilməsinə, bacarıqların artırılması məqsədi ilə peşəkar inkişaf planının hazırlanmasına və digər əlaqədar fəaliyyələrə məsul olacaq.

Ekspertin öhdəlikləri:

 Liseyin müvafiq əməkdaşları ilə birlikdə çalışaraq fəaliyyətin (performansın) idarə edilməsi üzrə sistemi qurmaq;
 Liseyin mühəndis-pedoqoji heyətinin fəaliyyətini (performansını) qiymətləndirmək məqsədi ilə fəaliyyətin nəticələrinin təhlili (performance review) üzrə formanının hazırlanmasına dəstək göstərmək;
 Fəaliyyətin (performansın) idarə edilməsi üçün alət və vasitələrdən səmərəli istifadə üzrə təlim ehtiyaclarını müəyyənləşdirmək və Liseyin müfaviq əməkdaşlarına təlimlər keçmək;
 Liseydə olan mövcud təlimatlar, prosedurlar və daxili qaydaları nəzərdən keçirmək və heyətin səmərəliliyinin artırılması üçün tövsiyələr vermək;
 Əsas fəaliyyət göstəricilərini təhlil etmək və islahedici tədbirlərin planlaşdırılması üçün tövsiyələr vermək;
 Liseyin mühəndis-pedoqoji heyətinin potensialının artırılması məqsədi ilə peşəkar inkişaf planı hazırlamaq;
 Görülən işlərin yekununa dair hesabatın hazırlanması.

İş günlərinin sayı və yekun məhsulların təqdim olunması üçün son tarixlər:

İş günlərinin sayı: 80 gün
Müddət: May-Sentyabr, 2019-cu il

Tələblər:

 İdarəetmə və ya iqtisadiyyat sahəsində  ali təhsil;
 Fəaliyyətin (performansın) idarə edilməsi üçün proqram və strategiyaların hazırlanması üzrə səriştə;
 Təhlil və təqdimat bacarıqları;
 Məlumatların toplanması və təhlili üzrə təcrübə;
 İnsan resurslarının idarə edilməsi sahəsində təcrübə.

Xüsusi qeydlər

Ekspertlər layihə komandası, eyni zamanda benefisiar təşkilatın nümayəndələri ilə birlikdə işləyəcəkdir.

Bərdə Peşə Liseyində fəaliyyətlərin təşkili və əlaqələndirilməsi ekspertin uyğunluluğuna əsasən qarşılıqlı olaraq razılaşdırılacaqdır. İş cədvəli ekspert seçildikdən sonra müəyyən ediləcəkdir.

Seçim prosesi CV və ekspert fəaliyyətinin icrası ilə bağlı təklifləri 15.04.2019-cu il tarixinə qədər aşağıda qeyd olunan elektron poçt ünvanına göndərmək xahiş olunur: office@lga.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP