Hüquqşünas
 
JOB TITLE: Hüquqşünas
EMPLOYER: Ateshgah Sigorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-02 LAST UPDATED: 2019-04-05 DEADLINE: 2019-05-02

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!
İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Hüquqşünas

Namizədə tələblər

• Bəy namizədlər
• Yaş: 24-45
• Təhsil: Ali hüquq təhsili mütləqdir.
• İş təcrübəsi: minimum 3 il.
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(əla)

Əsas vəzifə öhdəlikləri

• Şöbənin hesabatlarının hazırlanmasında birbaşa rəhbərə köməklik göstərmək:(işlərin hazırlanıb və məhkəməyə göndərilməsi,iddia və digər ərizələrin hazırlanması, şirkətə qarşı verilən iddialar üzrə etirazların,çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin verilməsi.)
• Ödəniş etməyən cavabdehlərin işlərini məhkəməyə təqdim etmək üçün iddia ərizələri hazırlamaq və məhkəməyə təqdim etmək
• Məhkəmə prosesində şirkəti nümayəndə olaraq təmsil etmək: (Borclulara qarşı məhkəmə iddiası qaldırmaq və qanunun tələblərinə uyğun olaraq borcların alınmasında birbaşa iştirak etmək , məhkəmədə iddialarla bağlı qərarların icrasının təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görmək ,məhkəmə qərarlarının vaxtında almaq və aidiyyatı üzrə təqdim etmək,borclularla əlaqə yaratmaq və danışıqlar aparmaq)  
• Hüquqi rəylərin hazırlanması: (Müvafiq məlumat bazası yaratmaq - Şirkətdaxili sənədlərin hüquqi baxımdan yoxlanılması, hüquqi rəy verilməsi, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması - AR Əmək Məcəlləsinə əsasən sənədləşmə)
• Mülki, mülki prosessual, inzibati xətalar,Əmək məcəlləsi, inzibati prosessual,  icbari sığorta haqqında, sığorta fəaliyyəti haqqında, icra haqqında və müvafiq qanunvericilik aktları barədə biliklər tələb olunur.

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı : həftə içi 5 gün / 09:00-dan 18:00 dək.
• Əmək haqqı müsahibə əsasında bildiriləcək.

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini zarina.gurbanova@ateshgah.com -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Hüquqşünas  ” qeyd etmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP