Televizor ustası
 
JOB TITLE: Televizor ustası
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-03 LAST UPDATED: N/A DEADLINE: 2019-05-03

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi ir@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Televizor ustası

Zəruri tələblər:

• Televizorların peşəkar səviyyədə diaqnostikası və təmiri üzrə iş təcrübəsi - 4 ildən az olmayaraq (servisdə iş təcrübəsi arzu olunandır)
• Sxem texnikaları barədə məlumata sahib olmaq;
• Daxil olan sifarişlər əsasında televizorlara baxışın keçirilməsi və təmiri
• Televizor təmiri üzrə gərəkli avadanlıqların sifariş edilməsi

Vəzifələr:

• Bütün növ televizorların (LSD , LED ,OLED ) təmiri və quraşdırılması
• Müştərilərə televizorun problemləri və həlli barədə məlumatların verilməsi
• Yerinə yetirilən sifarişlər ilə bağlı hesabatların hazırlanması

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 6 iş günü, bazar günü - istirahət günüdür

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Televizor ustası” qeyd edərək CV-lərinizi ir@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP