Texniki dəstək üzrə mütəxəssis
 
JOB TITLE: Texniki dəstək üzrə mütəxəssis
EMPLOYER: ATL Tech DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-03 LAST UPDATED: N/A DEADLINE: 2019-05-03

ATL Tech şirkəti (www.atltech.az) 2013-cü ildə təsis edilmişdir və informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq, geniş işçi qüvvəsinə malik olan şirkətimizin əməkdaşları informasiya texnologiyaları, telekommunikasiya, bankçılıq və maliyyə, dövlət və özəl şirkətlər və s. kimi sahələrdə peşəkar iş təcrübəsinə malikdirlər. Fəaliyyəti boyunca şirkətimiz Cisco, Microsoft, Oracle, HP və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığın əsasını qoymuşdur.

Hazırda ATL Tech şirkəti “Texniki dəstək üzrə mütəxəssis” (IT Service desk Agent) vakansiyasını açıq elan edir.

Vəzifə öhdəlikləri:

• “Hardware” və “Software” sistemlərinin quraşdırılması;
• Şəbəkəyə qoşulmuş kompüterlərin, məlumat bazasının təhlükəsizliyinin və daim işlək vəziyyətdə olmasının təmin edilməsi;
• Məlumatların təhlükəsizliyi və saxlanılmasının təmin edilməsi;
• Sistem problemlərinin həlli və diaqnostikası;
• Avadanlıqların quraşdırılması və sazlanması.

Tələblər:

• Əlaqədar sahə üzrə ali təhsil;
• Minimum 1 il iş təcrübəsi;
• İstifadəçilərə texniki dəstək vermək bacarığı (Proqram təminatının yazılması,silinməsi,driverlərin yazılmasıprinterlərin tanıdılması və s.);
• Proqram və şəbəkələrdə yaranacaq problemlərin müəyyən olunması və aradan qaldırılması bacarığı;
• Analitik zəka,insanlarla işləmək qabiliyyəti;
• Ünsiyyətcil, məsuliyyətli, təşəbbüskar.

Əmək haqqı müsahibə mərhələsi zamanı uğurlu namizədlə müzakirə ediləcəkdir. Vakansiya ilə maraqlanan namizədlərdən  öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə applicants@atltech.az elektron ünvanına mövzu hissəsində “Texniki dəstək üzrə mütəxəssis” qeyd etməklə göndərmələri rica olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP