Portfelin idarə olunması şöbəsinin mütəxəssisi
 
JOB TITLE: Portfelin idarə olunması şöbəsinin mütəxəssisi
EMPLOYER: Bank Respublika ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-05 LAST UPDATED: N/A DEADLINE: 2019-05-05

Bank Respublika ASC «Portfelin idarə olunması şöbəsinin mütəxəssisi» vəzifəsi üzrə vakansiyalar elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik

Ümumi vəzifə öhdəlikləri:

• Kredit sifarişlərinin təhlili və qiymətləndirilməsi;
• Kredit risklərinin düzgün ölçülməsi, keyfiyyətli satışı təmin etmək;
• Məhsul şərtləri və scorinq sistemləri barədə ətraflı biliyə malik olmaq;
• Pərakəndə kreditlər üzrə ümumi portfelin keyfiyyətinə nəzarət etmək;
• Kredit portfelinin mütəmadi təhlilini aparmaq və hesabatlar hazırlamaq;
• Kredit sahəsi üzrə bilik və bacarıqlarını daim inkişaf etdirmək.

Namizədə qarşı tələblər:

• Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
• MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili və ya İngilis dili arzuolunandır;
• İstehlak krediti məhsulları haqqında məlumatlılıq;
• Müstəqil və əsaslandırılmış qərar qəbul etmə bacarığı;
• Analitik düşüncə tərzi, müxtəlif vəziyyətlərə uyğun həllər təklif etmə bacarığı.

 Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 aprel 2019-cu il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində «Portfelin idarə olunması şöbəsinin mütəxəssisi» şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP