Çilingər (hidravlika)
 
JOB TITLE: Çilingər (hidravlika)
EMPLOYER: Azertexnolayn LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-05 LAST UPDATED: N/A DEADLINE: 2019-05-05

Vəzifə: “Çilingər (hidravlika)

“Azertexnolayn” MMC-nin Polad Boru Zavoduna “Çilingər (hidravlika)” vakansiyası üzrə mütəxəssis axtarılır.

Vəzifə öhdəlikləri:

  Avadanlıqların hidravlika hissəsinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasını təmin edir;
  Avadanlıqların hidravlika sisteminə baxış, texniki sınaq və profilaktik təmir işlərini həyata keçirir;
  Avadanlıqların hidravlik sistemlərinin təmiri və xidməti üzrə illik Planlı təmir qrafiklərinin hazırlanmasında, siyahıların tərtib ediməsində iştirak edir, öz təkliflərini verir, lazımi texniki sənədlərlə tanış olur və digər struktur bölmələri ilə əlaqəli işləyir;
  Hidravliki avadanlıqların təmirin keçirilməsində, ehtiyat hissələrinin və materialların alınması üçün siyahıların hazırlanmasında iştirak edir;
  İstehsalat sahələrində olan hidravlik qurğuların, mexaniki avadanlıqların və iş maşınlarının vaxtında və keyfiyyətli təmir olunmasında iştirak edir;
  Planlaşdırılmış qabaqlayıcı təmir qrafikinə əsasən hidravlik avadanlıqların təmirini həyata keçirir;
  Avadanlıqların hidravlik sistemlərinin vaxtından əvvəl sıradan çıxma səbəblərini aydınlaşdırır və onların aradan qaldırılması üçün tədbirləri həyata keçirir;
  Yağ nasoslarının, hidravlik motorların düzgün işləməsini və nasazlarının dəyişdirilməsini təmin edir;
  Hidravlik sisteminin stabil işini təmin edir;
  Hidravlik sistemləri verilən təzyiqə və yağ sərfiyyatına uyğun nizamlayır;
  İşləyən avadanlıqların nəzarətsiz qalmamasını təmin edir;
  Avadanlıqların işinin yaxşılaşdırılması barədə təkliflər verir, onların tətbiqini həyata keçirir;   
  İstehsalat avadanlıqlarının nizamlanmasında iştirak edir;
  Təmir işləri zamanı əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına və ətraf mühitin qorunması qaydalarına əməl olunmasına riayət etməli;
  Daha effektli avadanlıqların tətbiq olunması, plansız təmirlərin və təmir xərclərinin azaldılması, üçün təkliflər verir;
  Bütün çatışmazlıqlar və pozuntular barədə tədbir görülməsi üçün birbaşa rəhbərinə vaxtında məlumat verir.

Seçim meyarları:

- Hidravlika sahəsində 3 il iş təcrübəsi; (Hidravlikadakı şərti işarələri, sxemləri sərbəst oxuya bilməli)
- Orta, texniki, texniki peşə və ya ali təhsil;
- Azərbaycan dilində sərbəst yazmaq və oxumaq, danışmaq qabilliyyəti;

İş şərtləri:

Struktur:  Polad Boru Zavodu
Əmək haqqı:  Razılaşma əsasında.
İş rejimi:  09:00 – 18:00, şənbə günü 09:00-13:00
İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1
Əlavə təminatlar:  Nahar şirkət tərəfindən təmin edilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini “Çilingər (hidravlika)” başlığı ilə hr@azertexnolayn.com ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP