Maliyyə Meneceri
 
JOB TITLE: Maliyyə Meneceri
EMPLOYER: Synergy Group OJSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-08 LAST UPDATED: N/A DEADLINE: 2019-05-08

Vəzifə: MALİYYƏ MENECERİ

Əsas vəzifə öhdəlikləri :

• Azərbaycan Respublikasının qanunvericiliyini, rəhbərliyin verdiyi əmr və təsdiq etdiyi daxili təlimatları öz işində rəhbər tutmaq;
• Tabeçiliyində olan əməkdaşlara ümumi rəhbərliyi həyata keçirmək, işlərini əlaqələndirmək, fəaliyyətlərinə nəzarət etmək və səmərəli şəkildə təşkil olunmasına görə birbaşa məsulliyyət daşımaq;
• Şirkətin inkişaf strategiyasına uyğun illik maliyyə büdcəsini tərtib etmək və büdcənin icrasına nəzarət etmək;
• Aylıq idarəetmə hesabatlarını hazırlamaq;
• Pul vəsaitlərin hərəkətini mütəmadi təhlil etmək və pul vəsaitlərin sərfiyyatı ilə bağlı qısamüddətli proqnozlar vermək;
• İstehsal / xidmət,  satış, marketinq, təchizat və digər bölmələrdən alınan məlumatların maliyyə təhlilini aparmaq və xərcləri optimallaşdırmaq;
• Kənar və daxili auditorlar tərəfindən vaxtaşırı aparılan audit yoxlamaları işini təşkil etmək və onların əldə etdiyi nəticələri və verdiyi tövsiyələri təhlil etmək

Namizədə olan tələblər:

• Ali iqtisadi təhsil;
• Maliyyə sahəsində minimum 3 illik iş təcrübəsi;
• Microsoft Office (Excel, Word) bacarıqların üstün səviyyədə olması;
• 1C 8.3 proqramı ilə sərbəst işləmək bacarığı;
• İdarəetmə uçotu və maliyyə təhlili üzrə biliklər;
• Güclü ünsiyyət və danışıq qabiliyyəti;
• Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı;
• Komandada işləmək bacarığı

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Maliyyə Meneceri” yazaraq hr@synergygroup.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP