Proseslərin İdarə edilməsi üzrə kiçik mütəxəssis
 
JOB TITLE: Proseslərin İdarə edilməsi üzrə kiçik mütəxəssis
EMPLOYER: MKT İstehsalat Kommersiya MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-08 LAST UPDATED: N/A DEADLINE: 2019-05-08

Proseslərin İdarə edilməsi üzrə kiçik mütəxəssis

MKT-İK MMC (Pambıq müəssəsi) Proseslərin İdarə edilməsi üzrə kiçik mütəxəssis vakansiyasına işçi axtarır.

Vəzifə öhdəlikləri:

 Şirkətin və onun filiallarının fəaliyyətinin müxtəlif istiqamətləri ilə bağlı daxili normativ sənədləri (qaydalar və təlimatlar) hazırlanması məqsədi ilə proses icraçılarından məlumatların toplanması;
 Daxili normativ sənədlərin hazırlanması, əlaqədar struktur bölmələr və icraçılarla razılaşdırılması və təsdiqə göndərilməsi;
 Təsdiqlənmiş qaydalar və təlimatların icraçılara çatdırılması;
 Daxili normativ sənədlərin reyestrinin aparılması;
 Proses xəritələrinin və blok sxemlərin hazırlanması;
 Proseslərin təkmilləşdirilməsi istiqamətində təkliflərin verilməsi;
 Ona verilən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

 Ali iqtisadi təhsil (Sənaye mühəndisliyi məzunu olması üstünlükdür)
 Azərbaycan dilində yüksək səviyyədə, qrammatik elmi və işgüzar yazılar yaza bilmək bacarığı;
 İnsanlarla ünsiyyət qurmaq və onlardan məlumat toplaya bilmək bacarığı;
 Yüksək səviyyədə analitik düşünmə və verbal məlumatlarla işləyə bilmək qabiliyyəti;
 Yaradıcı, dəyişikliyə açıq və özünü inkişaf etdirməyə meyilli olmalı.
 İngilis dili orta səviyyədə bilmək;
 MS Office (Excel, Power point), MS Visio biliklərin olması üstünlükdür.

İş qrafiki: 5 günlük, 09:30-18:30

Müraciət qaydaları:CV –ni Azərbaycan dilində  hr@mktcotton.com  elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Proseslərin İdarə edilməsi üzrə kiçik mütəxəssis” yazmaqla müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP