Baş mühənsis
 
JOB TITLE: Baş mühənsis
EMPLOYER: AbCon LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-08 LAST UPDATED: N/A DEADLINE: 2019-05-08

BAŞ MÜHƏNDİS

Vəzifə borcları.

Tikinti təşkilatının fəaliyyətinə texniki rəhbərliyi həyata keçirir. Tikinti istehsalının sənədləşdirilməsinin və ixtisaslaşdırılmasının inkişaf perspektivlərini və texniki siyasətini, əmək məhsuldarlığının artmasının yüksək tempini, istehsalın mühəndis hazırlığı səviyyəsinin daim artmasını, xərclərin ixtisarını, tikintinin keyfiyyətinin yaxşılaşdırılmasını və istehsal fondlarının səmərəli istifadəsinin təmin edilməsi ilə onun texnologiyasının və təşkilinin təkmilləşdirilməsini müəyyən edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə bütün işlərə rəhbərlik edir. Texnoloji intizama riayət olunmasına, tikinti norma və qaydalarının yerinə yetirilməsinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikasına nəzarəti həyata keçirir. İstehsalın mühəndis hazırlığını, inşaat texnikasının istismarını, təmir və modernləşdirilməsini təmin edir. Təşkilatda daha əlverişli və təhlükəsiz əmək şəraitinin yaradılması və tikinti-istehsal mədəniyyətinin yüksəldilməsi üzrə tədbirlərə başçılıq edir. Layihə-smeta sənədlərinin vaxtında hazırlanmasını təmin edir. İşlərin istehsal layihələrinin işləmələrini və icrasını, tikinti istehsalının texniki səviyyəsinin artırılması üzrə tədbirləri, yeni texnika və texnologiyanın tətbiqi planlarını, elmi-tədqiqat və təcrübə-konstruktiv işlərinin texniki-təşkilat tədbirlərini, tikintinin təşkili layihəsində nəzərlə tutulmuş tədbirlərin yerinə yetirilməsini təşkil edir.      FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Ağentliyinin tabeliyindəki qurumlarla qarşılıqlı əlaqələri qurur, rəsmi yazışmalara nəzarət edir. Elmi-tədqiqat, layihə-konstruktor və təcrübə-sınaq işləri aparan, tikintiyə dair normativ-texniki sənədlərin hazırlanmasında iştirak edən müvafiq qurumların tikinti sahələrində maneəsiz işini təmin edir. Tikinti istehsalının, əməyin və idarəetmənin elmi əsasda təşkilinin təkmilləşdirilməsi, hesablama texnikasının tətbiqi, idarəetmə işlərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə tədbirlər həyata keçirir. Qabaqcıl milli və beynəlxalq təcrübənin yayılması sahəsində işi təşkil edir, istehsalın perspektiv məsələlərinin həllinə aid işçilərin yaradıcı təşəbbüsünü inkişaf etdirir və istiqamətləndirir. Kadrların hazırlığını və ixtisas artırmasını təmin edir. Əməyin mühafizəsi üzrə bölmələrin mühəndis-texniki işçiləri ilə ilkin təlimatın aparılmasına və işçilərin öyrədilməsinə, işçilər tərəfindən əməyin mühafizəsi üzrə norma və qaydalara əməl edilməsinə nəzarəti həyata keçirir. Bədbəxt hadisələrin araşdırılmasında iştirak edir. İstehsalatda əməyin təhlükəsizlik standartlarının hazırlanması və tətbiqi üzrə, həmçinin iş yerlərinin və texnoloji proseslərin attestasiyası üzrə işlərə başçılıq edir.
Tenderlərin keçirilməsində və obyektlərinin inşasının təşkilində iştirak edir. Tikinti təşkilatının texniki xidmətlərinə rəhbərlik edir.

Təhsil/Təcrübə:

• Ali təhsil;
• Tikinti təşkilatlarında mühəndis-texniki vəzifələrdə ən az 10 illik təcrübə(azi 5 ili rəhbər vəzifələrdə);
• Rus və ingilis dilində bilməlidir;
• Komputer bilikləri: Autocad; Microsoft Office;
• Tikinti norma və qaydalarının, dövlət standart və texniki şərtlərinin tələblərini, tikinti istehsalının texnologiyası və təşkili sahəsində elm və texnikanın nailiyyətlərini, qabaqcıl milli və beynəlxalq təcrübəni bilməlidir;
• Podrat müqavilələrinin icra qaydalarını, istehsalatın, əməyin və idarəetmənin təşkilini bilməlidir;
• Tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının qərarlarını, sərəncamlarını, əmrlərini, digər rəhbəredici və normativ sənədləri bilməlidir;
• Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini bilməlidir;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir;
• Sifarişçi və subpodrat təşkilatlarla qarşılıqlı münasbətlərinin nizamlama qaydalarını bilməlidir;
• Regionlara ezamiyyətə getmək imkanı olmalıdır;
• Əmək haqqı namizədin bilik və bacarığına görə təyin ediləcəkdir: 2000-3000 manat.
• Subject bölməsində “Baş Mühəndis” vakansiyası üçün müraciət olunduğunu qeyd edin.

E - mail : Elfaq.Rahimov@abcon.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP