Rəqəmsal (digital) marketinq, biznes və liderlik üzrə təlimlər
 
JOB TITLE: Rəqəmsal (digital) marketinq, biznes və liderlik üzrə təlimlər
EMPLOYER: Counterpart International DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-09 LAST UPDATED: 2019-04-23 DEADLINE: 2019-05-09

Rəqəmsal (digital) marketinq, biznes və liderlik təlimlərində iştirak (Təlimlər ödənişsizdir)

08 Aprel 2019 Bakı şəhəri

Qısa məlumat:

USAID Qadın İştirakçılığı Proqramı (QİP) ölkədə 2011-ci ildən icra edilir və əsas vəzifələri qadınlarla bağlı mühüm məsələlər üzrə ictimai maarifləndirmənin artırılması və ölkədə kiçik və rəqəmsal sahibkarlığın inkişafında qadınların rolu və fəal iştirakçılığı üçün onların səlahiyyətlənirilməsinə, qadınların problemlərini həll etmək üçün dövlət qurumlarının imkanlarının artırılmasına və qadınların qərar qəbuletmə proseslərində iştirak imkanlarının genişləndirilməsinə töhfə verməkdən ibarətdir. 

Elanın məqsədi:

USAID təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən Qadın İştirakçılığı Programı, maraq göstərən gənc qadınları lider və uğurlu sahibkar olmaq üçün 5 günlük Rəqəmsal (Digital) Marketinq, Biznes və Liderlik təlimlərində iştirak etməyə dəvət edir. 

Proqram iştirakçıya hansı bilikləri verəcək:

Təlimdə iştirakçılar marketinq strategiyalarının və kiçik biznes təşəbbüslərinin həyata keçirilməsi, biznes planın tərtibi,marketinq strategiyasının qurulması, maliyyə hesabatlarının idarə olunması və eyni zamanda liderlik və ünsiyyət bacarıqlarının artırılması yollarını mənimsəyəcəklər.

Təlimin əsas mövzuları aşağıdakılardır:

• Biznesin planlaşdırılması və idarə olunması;
• Onlayn marketinqin əsasları;
• Digital Marketinq və e-Ticarətin səmərəli üsulları;
• Ünsiyyət bacarıqlarının artırılması;
• Özünə güvən və liderlik bacarıqları; və digər mövzular.

Təlim hansı dildə aparılacaq:

Azərbaycan

Kim iştirak edə bilər?

• Azərbaycan Respublikasının vətəndaşları.
• Əslən Balakən, Şəki-Zaqatala iqtisadi zonası, Lənkəran-Astara iqtisadi zonası, Bərdə və Gəncə şəhərindən olan və yaşı 18-30 arası olan gənc xanımlar.

İştirak üçün müraciət:

İştirak etmək istəyən şəxslər özləri haqqında qısa məlumatı (CV, Bios) və müraciət məktubunu  iagasibeyli@counterpart.org; zjalilova@counterpart.org elektron ünvanına göndərə bilər. Potensial iştirakçı seminarlarda iştirak üçün müraciətinin səbəbini və bunun nə üçün vacib olduğunu da məktubda izah etməlidir.

Müraciət üçün son tarix:

03 May, 2019-ci il saat 18:00.

Suallar və müraciətlər:

Təlimlərə dair suallar və müraciətlər iagasibeyli@counterpart.org; zjalilova@counterpart.org elektron poçt ünvanına- 30 Aprel, 2019-ci il tarixi saat 18:00-dək göndərilə bilər.

Təlimlərin keçiriləcəyi ərazi:

Təlimlər 2019-cu ilin May-İyul aylarında Quba, Lənkəran, Şəki, Balakən, Bərdə və Gəncə şəhərində keçiriləcək.

İştirak haqqında təsdiq:

İştirakı təsdiqlənən şəxslərlə elanın son tarixindən sonrakı 7 iş günü ərzində əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP