Telefon mühəndisi
 
JOB TITLE: Telefon mühəndisi
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-09 LAST UPDATED: N/A DEADLINE: 2019-05-09

Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi ir@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Telefon mühəndisi

Tələblər:

• Telefon təmiri sahəsində 3 ildən az olmayan iş təcrübəsi və telefonları komponent səviyyəsində təmir etmək bacarığı
• Diqqətlilik, məsuliyyət, və düzgünlük kimi müsbət göstəricilərə malik olması
• Ünsiyyət, təşkilatçılıq və idarəetmə bacarıqlarına sahib olması

İş haqqında məlumat

• Bütün növ mobil telefonların təmiri

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş vaxtı: həftənin 5 günü- 09:00-18:00, 6-cı gün- qısa iş günü (10:00-14:00), istirahət günü: bazar günü

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Telefon mühəndisi” qeyd edərək CV-nizi ir@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP