PrintPro – Kommersiya çapı üçün avadanlığın satışı üzrə menecer
 
JOB TITLE: PrintPro – Kommersiya çapı üçün avadanlığın satışı üzrə menecer
EMPLOYER: Antaris DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-25 LAST UPDATED: 2019-04-25 DEADLINE: 2019-05-25

Antaris MMC  - PrintPro – Kommersiya çapı üçün avadanlığın satışı

Antaris barəsində: Ətraflı məlumatı linkə daxil olub əldə edə bilərsiniz:
http://antaris.az/ və ya https://www.facebook.com/AntarisAzerbaijan/

VƏZIFƏ ÖHDƏLIKLƏRI:

• Bazar analizi
o Yerli kommersiya çapı avadanlığı bazarının araşdırılması,
o Xarici kommersiya çapı avadanlığı bazarlarının daima öyrənilməsi,
o Yerli reklam və poliqrafiya şirkətlərinin aşkarlanması,

• Satışın həyata keçirilməsi
Potensial müştərilərlə görüşlər, ziyarətlər, müzakirələr,
o Potensial müştərilərə təkliflərin göndərilməsi,
o Çeşidə daxil olan avadanlığın satışı
 Genişformatlı plotter,
 Lazer kəsim makinaları,
 UV çap maşınları,
 Digər yardımçı avadanlıq, 

• Marketinq aksiyalarının planlaşdırılması və həyata keçirilməsində iştirak,
• Müvafiq Facebook səhifəsində sorğu və şərhlərin cavablandırılması,
• Lokal və beynəlxalq sərgilərin ziyarət olunması və ezamiyyətlər,
• Şirkət daxilində müvafiq kateqoriya üzrə ekspert olma,

NAMIZƏDƏ DAIR TƏLƏBLƏR:

Təcrübə və Texniki bacarıqlar:

• Ali təhsil (Rusiya, Ukrayna kimi ölkələrdə qiyabi təhsil qəbul edilmir),
• Rus dili, Azərbaycan dili,
• Ofis proqramlarında iş bacarığı (Excel, PP əsasən),
• Kommersiya Çapı sahəsində iş təcrübəsi üstünlükdür,
• Satış təcrübəsi üstünlükdür,
• İnternetdə axtarış qabiliyyəti,

Emosional bacarıqlar və vərdişlər:

• Kitab oxuma hobbisi olsa – üstünlükdür, 
• İlkin kommunikasiyanı sürətlə yaratmaq qabiliyyəti,
• Ekstravert olsun, ünsiyyəti sevsin, 
• Detallara diqqətçil olsun – mümkünsə mikro-menecment səviyyəsində,
• Münaqişələrin həllində effektiv olsun, səbrli olsun, 

İŞ ŞƏRTLƏRİ VƏ İMKANLARI BARƏSİNDƏ:

• Əmək haqqı ilk 6 ay ərzində 500AZN hər ay üçün. Daha sonra bonus systemi tətbiq olunacaq, 
• İş yeri: Əhməd Rəcəbli 208 (Xəritədə bax: https://goo.gl/maps/tCiQJV9KHx12 )
• İş günlərinin sayı 5 gün, şənbə günü gərəkli hallarda sistemə uzaqdan qoşulma
• Biznes məhsuldarlığı baxımından əhəmiyyətli olan təlimlər təmin olunacaq

Müraciətinizi e-mail ünvanına göndərin: hr@antaris.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP