Menecer
 
JOB TITLE: Menecer
EMPLOYER: Prive Steak Gallery Baku DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-09 LAST UPDATED: N/A DEADLINE: 2019-05-09

HAQQIMIZDA

2017-ci ildən qapılarını müştərilərə açan “Prive Steak Gallery Baku” ləzzətli ət məhsulları,qüsursuz servisi və lüks butik konsepti ilə sektorda öz fərqliliyini ortaya qoyub.Ət sevərlər üçün bənzərsiz dad təcrübəsi yaşadan restoran qısa zaman ərzində fərqli və əyləncəli steyk mədəniyyəti ilə həm Bakı sakinlərinin, həm də şəhərimizin qonaqlarının ürəyini və mədəsini fəth edə bilib.Xoş musiqi, nəfis təam, modern interyer. Bizim üçün bunların vəhdətindən meydana gələn xoş anlardır.

MİSSİYAMIZ

Hər zaman ağzınıza layiq təmiz , təzə və ləzzətli nemətləri ərsəyə gətirmək üçün xüsusi diqqətlə məhsulları seçmək , ən üst standartlarda müştəriyə xidmət göstərərək onlara dost olmaq və həyatlarının ən özəl anlarına rəng və ləzzət qatmaq üçün varıq !

VİZYONUMUZ

Hər zaman bizim üçün prioritet olan müştəri  məmnuniyyətini zirvədə saxlayan keyfiyyətli xidmət prinsipimizi qoruyaraq gülərüzlü , qonaqpərvər komandamızla damağınızın həsrətində olduğu mükəmməl ləzzətləri təqdim edərək müştərilərimizin davamlı tövsiyə və ziyarət etdiyi , mərkəzdə ilk ağla  gələn ailəvi istirahət restoranı olmaq !

Vakansiya : Menecer

İş yeri - Prive Steak Gallery (restoran)
Ünvan:Səbail Rayonu Xaqani Küçəsi 14/A
İş qrafiki-həftədə 6 gün,12 saat;
Əmək haqqı-razılaşma yolu ilə;

Öhdəliklər

- Tabeçiliyində olan işçi heyətini (hostes) idarə etmə və düzgün iş bölgüsünü həyata keçirmə;
- Qonaqları qarşılamaq,masalarına ötürmək,şikayət və ya problemləri ilə maraqlanmaq,rezervasiyaları götürmək;
- Müştəri məmnuniyyətini qazanmaq;

Tələblər

- 28-40 yaş arası xanım namizədlər;
- Xoş görünüş,Gülərüzlük, Səmimiyyət,Operativlik,Çeviklik,
- Restoran sahəsində  minimum 5 illik iş təcrübəsi;
- İngilis, Rus dili mükəmməl, Ərəb dili arzu olunandır.

Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə hr@privebaku.com email ünvanına göndərə və ya 051-225-69-81 nömrəsi ilə əlaqə saxlaya bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP