Həkim-nevropatoloq
 
JOB TITLE: Həkim-nevropatoloq
EMPLOYER: Lankaran Springs & Wellness Resort DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-09 LAST UPDATED: N/A DEADLINE: 2019-05-09

Lankaran Springs & Wellness ResortHəkim-nevropatoloq vəzifəsi üçün işçi qəbulu elan edir

Vəzifə : Həkim-nevropatoloq
Şöbə : Tibbi bölmə
Dərəcə : 5
Tabeçilik:  Baş Həkim/Baş Həkimin müavini

Əmək funksiyası

 Həkim- nevropatoloq tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir.
 Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin  toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir.
 Mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır.
 Müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət yardımı göstərir.
 Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir. 
 Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir.
 Orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak edir.
 Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir.
 Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.
 Sanitar-maarifləndirmə işini aparır. Etik davranış qaydalarına riayət edir. 
 Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının aparılmasında iştirak edir və tibbi-sosial ekspertiza üçün zəruri sənədləri hazırlayır.
 Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra edir.
 Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.
 Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.
 Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir. Tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görür.
 Sanitar-maarifləndirmə işini aparır. 
 Etik davranış qaydalarına riayət edir. 
 Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını, peşəkar  səviyyədə və vaxtında icra edir.
 Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.
 Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.
 Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir. Tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə  təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görür.
 Rəhbərliyə hesabatların hazırlayır.
 İllik iş qiymətləndirmələrinin keçirilməsində iştirak etmək.
 Öz vəzifələrinin yerinə yetirmələri üçün zəruri bacarıqlara və biliyə malik olduqlarına zəmanət vermək.
 Rəhbərlik tərəfindən tapşırılan vəzifələri yerinə yetirmək .

Namizədə tələblər:

 Qeyd olunan ixtisasa uyğun Ali təhsil
 Minimum 3 illik tibbi təcrübə
 İngilis və ya Rus dillərindən birində  sərbəst danışmaq arzu olunandır
 Ofis proqramlarını bilmək
 Lənkəranda işləmək imkanı

Şirkət tərəfindən təqdim olunur:

 Bakı-Lənkəran-Bakı arasında istirahət günlərində daşınma
 Yaşayışla təminat
 Növbə ərzində yeməklə təminat
 Həftədə 6 günlük iş cədvəli
 Əmək haqqı: müsahibə əsasında təyin olunur
 Tibbi sığorta

Yalnız şəkilli və başlıqda Həkim-nevropatoloq başlığı ilə göndərilən CV nümunələrinə baxılacaq: sevil.mammadova@pmdhospitality.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP