Şəhər saytının redaktoru
 
JOB TITLE: Şəhər saytının redaktoru
EMPLOYER: Bakucity.az DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-10 LAST UPDATED: 2019-04-10 DEADLINE: 2019-05-10

ŞƏHƏR SAYTININ REDAKTORU

1. Şəhər Saytının redaktoru rəhbər kateqoriyasına aiddir.
2. Redaktor vəzifəsinə ali təhsiliə (jurnalist, filoloji, iqtisadi) və KİV-də minimum 5 il iş təcrübəsinə malik şəxslər təyin olunur.
3. Redaktor:

- İnternet jurnalistikasının, o cümlədən, xəbərlərin yazılması xüsusiyyətlərini başa düşməli;
- Yüksək savada, üslub hissinə, redaktə və ədəbi redaktə bacarıqlarına malik olmalı;
- İnternetdə məlumat axtarışı alətlərini tanımalı və onlardan tam surətdə istifadə etməyi bacarmalı;
- Redaksiyanın işinin təşkili prinsiplərini bilməlidir.
- Azərbaycan və rus dillərində peşəkar biliklərə malik olmalıdır. İngilis dilini bilməyi üstünlükdür.

4. İş vaxtı saat 9.00 - 18.00. Nahar fasiləsi 1 saatdır. Redaktorun iş günü qeyri-sabitdir.

Gözlənilən nəticələr:

1. Ən populyar və ən çox baxılan internet layihəsi.
2. Şəhərdə hər kəsin nəzər nöqtəsində olan nüfuzlu kütləvi informasiya vasitəsi.

Vəzifə öhdəlikləri:

1. Jurnalistlərin işinin təşkili. Redaksiya tapşırıqlarının verilməsi. Müvafiq şəkildə mətnlərin redaktə edilməsi.
2. Şəhərin və ölkənin həyatına aid olan məlumatların toplanması, təhlili və emalı.
3. Dövlət idarələrinin mətbuat xidmətləri ilə əlaqələrin yaradılması.
4. İnformasiya sorğularının tərtib olunması.
5. Zəruri hallarda, mətbuat konfranslarında və digər tədbirlərdə iştirak etmək.
6. Jurnalistlər tərəfindən redaksiyanın tapşırıqlarının yerinə yetirilməsinə nəzarət.
7. Sosial şəbəkələrlə işlərə nəzarət.
8. Xəbərlərin düzgün təqdim olunmasına dair tələblərin yerinə yetirilməsi:
9. Press-reliz, yaxud digər portallardan götürülmüş məlumatlar əsasında xəbərlərin təqdim olunması qaydalarına riayət edilməsi.
10. Xüsusi mövzuların yaradılması və mütəmadi yenilənməsi.

Əmək haqqı – 700-1000 AZN

CV-lərinizi Redaktor mövzusu ilə seymur@teymurov.com ünvanına göndərə bilərsiniz

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP