Maliyyə şöbəsinin mühasibi
 
JOB TITLE: Maliyyə şöbəsinin mühasibi
EMPLOYER: AIR Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-10 LAST UPDATED: N/A DEADLINE: 2019-05-10

Maliyyə şöbəsinin mühasibi

Vəzifəyə aid qoyulan tələblər

• Təhsil: - Maliyyə təhsili üzrə ali təhsil
• Təcrübə: minimum 5 il;
• Yaş: 25 - 35;

Vəzifə öhdəlikləri:

- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
- MS Office proqramlarını bilməli (mükəmməl Excel bilikləri)
- 1C proqramları ilə işləmək bacarığı
- Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi və kassa hesabatlarının yoxlanması
- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq dövlət orqanlarına göndərilməsi
- Aylıq əmək haqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əmək haqlarının və digər ödənişlərinin aparılması
- Dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması
- Vergi orqanları ilə yazışmalar
- Vergi uçotunun aparılması, vergi bəyənnamələri və hesabatlarının hazırlanması və təqdim edilməsi, vergi orqanları ilə hesablaşmaların həyata keçirilməsi, vergilərin vaxtında hesablanması və dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi
- DSMF, Statistika və Məşğulluq hesabatlarının hazırlanması və təqdim edilməsi,
- Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
- Vergi sahəsi ilə bağlı əməliyyatlar - bütün vergi hesabatlarının göndərilməsi,
- E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
- E-portal proqramı ilə işləmək bacarığının olması
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
- Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
- DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim  edilməsi e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
- Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı

Şəxsi keyfiyyətlər:

- Ünsiyyət qurma bacarığı olmalı;
- Məsuliyyətli və təşəbbüskar olmalı;
- Diqqətli və punktual olmalı;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti,
- Kollektivlə işləyə bilməli və özünü təkmilləşdirməli;
- Qətiyyətli və müstəqil qərar qəbul etmə bacarığına malik olmalı;
- MS Office proqramlarını mükəmməl bilməli;

Əlavə məlumatlar:

• Maaş:800 -1000 AZN;

Göstərilən tələblərə cavab verən namizədlər öz şəkilli CV-lərini mövzu yerində "Maliyyə şöbəsinin mühasibi"  yazmaqla hr@airgroup.az  elektron ünvanına göndərə bilərlər

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP