Viza Məlumatları Mütəxəssisi
 
JOB TITLE: Viza Məlumatları Mütəxəssisi
EMPLOYER: Trawell Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-11 LAST UPDATED: 2019-04-11 DEADLINE: 2019-05-11

Pickvisa.com Startapı “Viza Məlumatları Mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.

İşin Təsviri:

- Səfirlik və Konsulluqların, əlaqəli qurumların rəsmi veb səhifələrindən viza datalarının toplanması, yoxlanılması, yenilənməsi;
- Səfirlik və Konsulluqlarla email, telefon əlaqələrinin qurulması, məlumatların dəqiqləşdirilməsi;
- Veb səhifənin məlumat panelinin idarə olunması, dataların əlavə edilməsi və yenilənməsi;
- Viza məlumatlarında olan dəyişikliklərdən, yeniliklərdən daimi məlumatlı qalınması;
- Xarici ofislərlə daimi əlaqədə olunması və onların data tələblərinin qarşılanması.

Tələblər:

- İngilis və Rus Dillərində yazılı və şifahi professional ünsiyyət qurmaq bacarığı;
- Microsoft Excel bilikləri;
- Diqqətcil olması;
- Internetdə axtarış bacarıqlarının yüksək olması arzuolunandır.

İş həftədə 5 gün olmaqla tam-ştatdır.
Maaş tələblərə uyğunluqdan asılı olaraq 400-500 AZN.

Müraciət üçün careers@vizam.az emailinə “Visa Data Clerk” başlığı ilə CV və İstək Məktubunuzu göndərə bilərsiniz.

Deadline 30 Aprel, 2019

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP