Logistika mütəxəssisi (xarici yükdaşımalar)
 
JOB TITLE: Logistika mütəxəssisi (xarici yükdaşımalar)
EMPLOYER: Grand Motors DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-22 LAST UPDATED: 2019-04-22 DEADLINE: 2019-05-22

Vəzifə: Logistika mütəxəssisi (xarici yükdaşımalar)

Əmək haqqı: 1000-1200 AZN

Öhdəlikləri:

- Daşınma sorğusunun müvafiq şöbələrdən qəbul edilməsi (Satış, Biznesin İnkişafı, Satış sonrası xidmət);
- Daxil olan sorğulara əsasən daşınma şirkətləri ilə əlaqələrin qurulması, alınan təkliflərdən ən uyğun variantın seçilməsi;
- İstehsalçıdan yük sənədlərinin (invoice, ağırlıq listi, sertifikat vs) alınması və sənədlərin düzgünlüyünün yoxlanılması;
- Daşınma şirkətinə istehsalçının koordinatlarının və daşınmanın rəsmləşdirilməsi üçün tələb olunan sənədlərin göndərilməsi;
- Daşınma və idxal müqavilələrinin hazırlanması;
- CMR vəya digər yol sənədlərinin hazırlanması üçün müraciət edilməsi;
- Daşınmanın yol boyu izlənilməsi və rəhbərliyə vaxtaşırı məlumatın verilməsi;
- Çatdırılmış texnikanın akt əsasında təhvil verilməsi ;
- Daşınma şirkətinə ödənişin edilməsi məqsədi ilə müvafiq sənədlərin(invoice, daşınma invoic`u, təhvil-təslim aktı, freight-payment- request) mühasibatlığa təqdim olunması;
- Malın maya dəyərinin müəyyən edilməsi üçün tələb olunan sənədlərinin təsdiqlənməsi;

Tələblər:

- Ali təhsil (Biznes istiqamətli olması arzuolunandır);
- Loqistika sahəsi üzrə ən azı 3-4 il iş təcrübəsi;
- Incoterms-in əsaslarını bilməlidir;
- Xarici dil biliyi: İngilis dili (sərbəst), Rus dili(yüksək səviyyədə olması arzuolunandır);
- Ofis proqramları (Microsoft Word, Excel) yaxşı səviyyədə, 1C proqramında təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Analitik qabiliyyət, coğrafi biliklər, geo-politik vəziyyət barədə məlumatlılıq;
- Koordinasiya etmə bacarığı, analitik düşünmə qabiliyyəti;

İş qrafiki:

- Bazar ertəsi – Cümə:  8:30  - 17:30
- Şənbə : 10.00  – 16.00

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini hr-cv@grandmotors.az  ünvanına  mövzu yerində “Logistika üzrə mütəxəssis” yazaraq göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibə üçün dəvət olunacaqlar

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP