Brend Menecement sahəsi üzrə Karyera və İnkişaf Proqramı
 
JOB TITLE: Brend Menecement sahəsi üzrə Karyera və İnkişaf Proqramı
EMPLOYER: Optimal Electronics LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-11 LAST UPDATED: N/A DEADLINE: 2019-05-11

"Optimal Elektronika" MMC  1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, LG, SONY, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir.  Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin  brend geyimlərinin  Azərbaycanda satışı ilə məşğuldur. Şirkətimiz ingiltərənin M&CO  brendinin Azərbaycanda və Qafqazda yeganə frençayzinq partnyorudur. Şirkətin ən böyük mağazası olan “MOV” Optimalın Nizami (Tarqovıy) filialının birinci, ikinci, üçüncü  mərtəbəsində yerləşir. Əlavə məlumat üçün www.mandco.az  və www.optimal.az linkinə tıklaya bilərsiniz.

"Optimal Elektronika" MMC  davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların  karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Niyə məhz Optimal?

- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq!

*Bu vakansiya təcrübə tələb etmir!

Optimal Elektronika MMC “Brend Menecement” sahəsi üzrə Karyera  və İnkişaf Proqramını  açıq elan edir.  Seçim mərhələrindən uğurla keçən namizədlər 1 ay təlimdən sonra, imtahan verərək  “Brend menecerin köməkçisi” vəzifəsi üzrə işə qəbul oluna bilərlər.

Tələblər:

• Ali təhsil müəssisəsini yeni bitirməli (Maliyyə, iqtisadiyyat, biznesin idarə  olunması)
• Azərbaycan, rus, ingilis dillərini səlis bilməli;  Dillərin biznes stilistikasını bilməli;
• Yüksək analitika və araşdırma  qabiliyyəti olmalı;
• Mic. Office, xüsusən də Excel proqramını yaxşı bilməli;
• Yenilikləri öyrənməyə meylli olmalı;

Biz Sizə təklif edirik:

• Böyük şirkətdə iş təcrübəsi:
• Özünü inkişaf etdirmək imkanı;
• Pulsuz təlimlər;
• Pozitiv kollektivdə işləmək imkanı;
• Beynəlxalq şirkətlərlə əməkdaşlıq;
• Əmək Məcəlləsinə əsasən rəsmiləşmə;
• 5  iş günü;
• Bacarıqlarınıza uyğun əmək haqqı;
• Karyera inkişafı.

Maraqlanan namizədlər  CV-lərini  hr@optimal.az  ünvanına göndərərək müraciıt edə bilərlər.  Mövzu (subject)  yerində “Brend Menecement sahəsi üzrə Karyera  və İnkişaf Proqramı” qeyd etməyiniz xahiş olunur.

Son müraciət tarixi: 30.04.2019

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP