Tətbiqi bank proqram təminatlarının dəstəklənməsi şöbəsinə namizəd
 
JOB TITLE: Tətbiqi bank proqram təminatlarının dəstəklənməsi şöbəsinə namizəd
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2019-04-11 LAST UPDATED: N/A DEADLINE: 2019-05-11

“ABB” ASC  Tətbiqi bank proqram təminatlarının dəstəklənməsi şöbəsinə əməkdaşlar axtarışındadır.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Testcase-lərin hazırlanması;
 Testlərin keçirilməsi üçün scriptlərin hazırlanması və test nəticəsinə əsasən hesabatların tərtib olunması;
 Mobil və web proqram təminatlarının və web servislərin testdən keçirilməsi;
 Stress testlərin keçirilməsi.

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil;
 Sahə üzrə minimum 1 il iş təcrübəsi
 Analatiki bacarıqlar və problemləri həll etmək bacarığı;
 Tələb olunan proqram bilikləri: PL/SQL; Java, JavaScript, Soap Uİ, İBM BPM.

Bu iş sizə nələri qazandıracaq:

 Bankın iş proseslərini dərindən öyrənmə imkanları;
 Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  22 aprel 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Tətbiqi bank proqram təminatlarının dəstəklənməsi şöbəsinə namizəd” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2019 www.JobSearch.az  
Developed by MicroPHP